Icma.az
close
up
RU
“Gəncə incəsənəti”nin incəlikləri

“Gəncə incəsənəti”nin incəlikləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “Gəncə incəsənəti” mövzusunda respublika elmi konfransı keçirilib. Bakı, Gəncə, Sumqayıt və Ağcabədi şəhərlərindən tanınmış alim və tədqiqatçıların qatıldığı tədbirdə 40-dan çox elmi məqalə təqdim olunub. Konfransdan əvvəl iştirakçılar üçün Gəncə incəsənətinə həsr olunmuş tematik sərgi nümayiş etdirilib.

Elmi forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyev, eləcə də Vətən şəhidlərinin əziz xatirəsinin anılması ilə açıq elan olunub.

Konfransa rəhbərlik edən AMEA Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, dosent, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova tədbirin dahi bəstəkar, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunduğunu bildirib. O qeyd edib ki, konfransın Üzeyir bəyin doğum günündə keçirilməsi simvolik məna daşıyır.

Tədbirin açılışında çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları salamlayaraq, konfransın dövlət başçısının milli-mənəvi dəyərlərin qorunması istiqamətində verdiyi sərəncamlara uyğun olaraq təşkil edildiyini vurğulayıb. O, Gəncə şəhərinin zəngin sənət irsinin öyrənilməsinin Azərbaycan elminə ciddi töhfə verəcəyini qeyd edib.

Akademik, həmçinin “Gəncə incəsənəti” adlı fundamental monoqrafiyanın hazırlandığını və bu nəşrin şəhərin sənət salnaməsini əhatəli şəkildə təqdim edəcəyini bildirib. Nəşrdə memarlıq, heykəltəraşlıq, xalçaçılıq, musiqi, zərgərlik və digər sənət sahələri üzrə dəyərli araşdırmalar yer alacaq.

Plenar iclasda bir sıra tanınmış alim və mütəxəssislərin maraqlı və elmi dəyəri yüksək olan məruzələri dinlənilib. Sənətşünaslıq, tarix, musiqi və etnoqrafiya üzrə çıxışlar Üzeyir Hacıbəylinin yaradıcılığından Gəncəbasar bölgəsinin memarlıq irsinə, xalq sənətkarlığından müasir dizayn nümunələrinə qədər geniş mövzuları əhatə edib.

Konfrans işini “Azərbaycan mədəniyyətinin inkişaf tarixi: xalq sənətkarlığı və dekorativ-tətbiqi sənət”, “Gəncə memarlığı, tarixi abidələrin mühafizəsi və bərpası”, “Milli-mənəvi dəyərlərin qorunmasında sənətkarlığın rolu” və “Üzeyir Hacıbəyli və Gəncə musiqi mədəniyyəti tarixi” adlı bölmələrdə davam etdirib.

Tədbirin sonunda çıxış edən məruzəçilərə sertifikatlar təqdim olunub. Konfransın materialları ayrıca toplu şəklində nəşr edilib.

H.QASIMOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri