Icma.az
close
up
RU
Gəncə Memorial Kompleksində binanın tikintisi tamamlanma mərhələsindədir FOTO

Gəncə Memorial Kompleksində binanın tikintisi tamamlanma mərhələsindədir FOTO

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Gəncə Memorial Kompleksində hazırda binanın tikintisi tamamlanma mərhələsindədir. Muzey ekspozisiyasının təşkili ilə əlaqədar daxildə işlər davam etdirilir. Layihə çərçivəsində ərazinin abadlaşdırılması və yeni yaşıllıqların salınması, 600-dən çox ağacın əkilməsi həyata keçiriləcək”.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma Arxitektura komitəsinin şöbə müdiri Ramil Cahangirov bildirib.

"Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə Gəncə, Bərdə və Tərtər şəhərlərində, həmçinin Azərbaycanın digər rayonlarında dinc əhali Ermənistan Silahlı Qüvvələri tərəfindən məqsədli və sistematik şəkildə raket zərbələrinə məruz qalıb. Bu hücumlar nəticəsində 94 mülki şəxs qətlə yetirilib, 400-dən çox insan yaralanıb. Cəbhə xəttindən 80 kilometr məsafədə yerləşən Gəncə şəhəri 2020-ci ilin oktyabrında ayrı-ayrı tarixlərdə 5 dəfə raket zərbələrinə məruz qalıb. 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 29-u uşaq olmaqla, 127 dinc sakin müxtəlif bədən xəsarətləri alıb. Hazırda dayandığımız bu ərazi 11 oktyabr 2020-ci il tarixdə raket hücumuna məruz qalmışdı və burada yaşayan 10 nəfər dünyasını dəyişmişdi”, - o deyib.

Ramil Cahangirovun sözlərinə görə, Gəncə Memorial Kompleksi hərbi təcavüzün qurbanı olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə inşa edilir.

O qeyd edib ki, kompleksin təməli Cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin yanvar ayında qoyulub.

“Memorial Kompleksin ümumi ərazisi 4 hektar təşkil edir. Kompleks spiralvarı formada layihələndirilməklə raketin yerdəki izini simvolizə edir. Muzeyin sərgi zalının ümumi sahəsi 1100 kv. m.-dən çox olacaq. Muzeydə tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə həsr olunan ekspozisiya təşkil olunacaq. Vətən müharibəsi zamanı törədilmiş terror hücumları ilə yanaşı, Qərbi Azərbaycan əhalisinin doğma torpaqlarından deportasiyası, Qarabağ və Şərqi Zəngəzur ərazilərindən məcburi köçkünlük və mina terroru kimi mövzulara da ekspozisiyada yer veriləcək. Eyni zamanda, törədilən hadisələrə siyasi və hüquqi qiymətin verilməsi, eləcə də tarixi ədalətin bərpası istiqamətində Azərbaycan dövlətinin və onun rəhbərliyinin uğurlu fəaliyyəti muzeydə işıqlandırılacaq”, - Ramil Cahangirov deyib.


Qurumun şöbə müdiri bildirib ki, açıq ərazidə olan ekspozisiyada isə dağılmış binaların qalıqları nümayiş etdiriləcək, burada yer alacaq QR kodlar vasitəsilə raket hücumundan sonrakı vəziyyəti əks etdirən görüntülərə baxmaq imkanı yaradılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Avqust 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri