“Gəncə mənə ənənəvi Avropa şəhərlərini xatırladır” Rafael Petrinin ə AÇIQLAMASI
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Azərbaycan qadın voleybolu üzrə Ali Liqanın onuncu turunun nəticələrinə əsasən, “Gəncə” 14 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. Klubun son oyunu ölkənin hazırkı çempionu “Azərreyl”ə qarşı olub və gəncəlilər 3:1 hesabı ilə qələbə qazanıblar.
İdman.Biz-lə söhbətində “Gəncə”nin baş məşqçisi Rafael Petri bildirib ki, bu görüş turnir cədvəlində mövqe baxımından vacib olub: “Komanda əla taktiki intizam və döyüş ruhu nümayiş etdirdi. Xüsusilə vacib məqamlarda oyun planına yaxşı əməl etdik. Bu qələbə özünəinamımız üçün çox önəmlidir, amma biz növbəti oyuna fokuslanmışıq”.
Braziliyalı mütəxəssis “Gəncə”nin əsas məqsədini belə izah edib: “Hər oyunda rəqabətqabiliyyətli olmaq və cədvəlin yuxarı pillələri uğrunda mübarizə aparmaq istəyirik. Liqada bir neçə güclü komanda var, buna görə hər rəqib bizim üçün həqiqi rəqibdir”.
O əlavə edib ki, Azərbaycandakı liqa hər mövsüm daha peşəkar səviyyəyə yüksəlir. Petri Peru, Braziliya, Portuqaliya, İspaniya, Kolumbiya və Çexiya kimi ölkələrdə çalışıb. Lakin çempionatları müqayisə etməyib:
“Hər ölkənin öz inkişaf yolu var və Azərbaycan öz inkişaf tarixini yazır. Gələcək inkişaf üçün gənclərə yatırım, məşqçilərin hazırlanması və infrastrukturun yaxşılaşdırılması vacibdir”.
Ölkədə voleybolun inkişaf perspektivləri Rafael Petrini Gəncədə işləməyə cəlb edən səbəblərdən biri olub: “Məni klubun layihəsi və ambisiyaları maraqlandırdı. Gəncədə ölkənin ən yaxşı məşq bazalarından biri var. Mən artıq bilirdim ki, Azərbaycanda voleybol inkişaf edir və bu prosesin bir hissəsi olmaq istədim”.
Baş məşqçi bildirib ki, Gəncəyə uyğunlaşması qonaqpərvərlik və yerli sakinlərin hörmətli münasibəti sayəsində asan olub:
“Azərbaycanlıların qonaqpərvərliyi və mədəniyyətlərinə olan qüruru məni çox təsirləndirdi. Gəncə - zəngin tarixi olan gözəl şəhərdir və çox səmimi insanları var. Mənə bəzi ənənəvi Avropa şəhərlərini xatırladır, orada idman və cəmiyyət bir-birinə sıx bağlıdır”, - deyə o əlavə edib.
Rafael Petrinin fikrincə, komandanın nəticələri yerli sakinləri voleybola cəlb etməyə kömək edir: “Azarkeşlərin “Gəncə”yə marağı artır və onların dəstəyi komandaya əlavə motivasiya verir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 28 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















