Gəncə Mənzil Kommunal Təsərrüfatı İB: Şəhər qarlı hava şəraitinə hazırdır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 23 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC
Gəncə şəhəri qışda şaxtalı və qarlı hava şəraitinə hazırdır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə Şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) məlumat verilib.
Qeyd olunub ki, hava şəraitinin kəskin dəyişməsi ehtimalı nəzərə alınaraq xüsusi təyinatlı müxtəlif texnikalar saz vəziyyətə salınıb. MKTİB-nin İxtisaslaşdırılmış Avtomobil Parkında 10 ədəd “MAZ” markalı avtomobil, 4 ədəd qoşqusuz və qoşqulu traktor, 2 ədəd “Amkodor” və 1 ədəd qreyder yüksək hazırlıq səviyyəsinə gətirilib. Qurumun anbarına xeyli qum-duz ehtiyatı tədarük olunub. Birliyin tabeliyində olan 14 ərazi xidmət sahəsinə lazımi sayda kürək, bel, işçilərə isə qış geyimləri paylanılıb. 260 çoxmənzilli yaşayış binasının tüstü bacaları təmizlənib, dam örtükləri və novdanlarda yaranan nasazlıqlar aradan qaldırılıb. Bu istiqamətdə işlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















