Gəncə nin məşqçisi: Evdə azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Komanda şəklində mübarizə apardıq".
İdman.biz xəbər verir ki, bunu "Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqası çərçivəsində "Sumqayıt"a qalib gəldikləri oyunla (94:92) bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, cəzalı və zədəli basketbolçularının olmasına baxmayaraq, qalib gəldiklərini xüsusi vurğulayıb: "Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının 4-cü dövrəsində sonuncu oyunumuz idi. 3 cəzalı və 1 zədəli oyunçumuzun olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı. Sonuncu oyunumuz olsa da, evdə azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Aprel 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















