Icma.az
close
up
RU
Gəncə şəhərində BakuBus MMC nin xidmətlərindən istifadə edən 10 milyonuncu sərnişin qeydə alınıb

Gəncə şəhərində BakuBus MMC nin xidmətlərindən istifadə edən 10 milyonuncu sərnişin qeydə alınıb

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Gəncə şəhərində "BakuBus" MMC-nin xidmətlərindən istifadə edən 10 milyonuncu sərnişin qeydə alınıb.

"BakuBus" MMC-nin Gəncə şəhərində həyata keçirdiyi sərnişindaşıma fəaliyyəti çərçivəsində növbəti mühüm göstərici əldə edilib. Şəhər üzrə fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə daşınan sərnişinlərin sayı 10 milyon nəfərə çatıb.

Bu göstərici çərçivəsində Gəncə şəhərində "BakuBus" MMC-nin marşrut xətləri ilə səfər etmiş 10 milyonuncu sərnişin – Səməndər Həsənov Gəncə Avtobus Parkında qarşılanıb. Sərnişinə təşəkkürnamə və simvolik hədiyyələr onu mənzil başına çatdıran, 77 JZ 914 dövlət qeydiyyat nişanlı avtobusu idarə edən sürücü Tural Verdiyev və "BakuBus" MMC-nin nümayəndəsi tərəfindən təqdim edilib.

Qeyd edək ki, "BakuBus" MMC 2025-ci ilin sentyabr ayından etibarən Gəncə şəhərində fəaliyyətə başlayaraq sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması və müasir xidmət standartlarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Layihə çərçivəsində şəhər üzrə 20 marşrut xətti istismara verilib, EURO 6 ekoloji standartlarına cavab verən 280 müasir avtobus sərnişindaşıma prosesinə cəlb edilib.

Eyni zamanda, sərnişinlər üçün rahatlığın artırılması məqsədilə CityCard nağdsız ödəniş sistemi tətbiq edilib. Sərnişinlər gediş haqqını "CityCard" ödəniş kartı, "CityCard Azerbaijan" mobil tətbiqi, istənilən bank kartı, eləcə də "Google Pay" və "Apple Pay" vasitəsilə asanlıqla ödəyə bilirlər.

Görülən tədbirlər nəticəsində Gəncə şəhərində ictimai nəqliyyata maraq əhəmiyyətli dərəcədə artıb və "BakuBus" MMC qısa müddət ərzində etibarlı və müasir sərnişindaşıma operatoru kimi formalaşıb.

"BakuBus" MMC Gəncə şəhərində sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və nəqliyyat sisteminin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri