Icma.az
close
up
RU
“Gəncə şəhərində yeni iş yerləri açılmalıdır” DEPUTAT

“Gəncə şəhərində yeni iş yerləri açılmalıdır” DEPUTAT

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qlobal və regional müstəvidə baş verən siyasi və iqtisadi dalğalanmalar, enerji bazarındakı qeyri-müəyyənliklər, beynəlxalq ticarətdə çətinliklər və pandemiya sonrası bərpa proseslərinin yavaşlaması ölkəmiz üçün həm risk, həm də fürsət yaratmışdır.

Lakin cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və ardıcıl rəhbərliyi nəticəsində 2025-ci ilin yanvar-sentyabr aylarında siyasi, makroiqtisadi və fiskal sabitlik qorunmuş, bir sıra əhəmiyyətli uğurlar əldə edilmişdir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

“Həmin dövrdə ölkədə 95,2 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuş, o cümlədən neft-qaz sektorunda 66,7 milyard manatlıq nəticə qeydə alınmışdır.

Mürəkkəb beynəlxalq kontekst fonunda aparılan siyasət çevik, uzunmüddətli və dayanıqlı iqtisadi inkişafı hədəfləyir. Ölkə daxilində regionların, infrastrukturun və insan kapitalının inkişafına xüsusi önəm verilməsi məhz bu strateji yanaşmanın göstəricisidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 2025-ci ildə Gəncə şəhərinin MDB Oyunlarının “idman paytaxtı” kimi hazırlanması, avtobus infrastrukturunun yenilənməsi, memorial kompleksin açılışı, yol və kommunal infrastrukturunun təmiri, istehsal sahələrinin yaradılması, şəhər mərkəzinin yenilənməsi və idman obyektlərinin açılışı regionların inkişaf strategiyasının tərkib hissəsidir. Görülmüş bu işlər sakinlərin gündəlik həyatını, tarixi yaddaşını, milli ruhunu və idman imkanlarını genişləndirir”.

Deputat qeyd edib ki, bu tədbirlər regionda sosial-iqtisadi balansın qorunmasına və gənc nəslin perspektivlərinin artırılmasına xidmət edir.

“2026-cı ildə də Gəncə şəhəri və regionların diqqət mərkəzində saxlanacağına əminik.

Cənab Baş Nazirə müraciət edərək, Gəncə şəhərində yeni iş yerlərinin açılması üçün sahibkarlara əlavə imkanların yaradılmasının vacibliyi vurğulanır və dəstək göstərilməsi xahiş edilir.

Eyni zamanda, regionlarda yaşayan gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün xüsusi tədbirlərin həyata keçirilməsi zəruridir”,-deyə Naqif Həmzəyev əlavə edib.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri