Gəncə stadionunda azarkeş coşğusu Video
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Turan Tovuz" oyununun (1:0) keçirildiyi Gəncə şəhər stadionundan videoçarx hazırlayıb.
QOL.az xəbər verir ki, videoda uzun fasilədən sonra Premyer Liqa qarşılaşmasının keçirildiyi arenadakı ab-hava, azarkeşlərin tribunadakı dəstəyi və matçdan görüntülər yer alıb.
Qeyd edək ki, təxminən 3 ildən sonra Premyer Liqa oyununa ev sahibliyi edən Gəncə şəhər stadionunda bu qarşılaşmanı 13 500 tamaşaçı izləyib. Bu, son 10 mövsüm ərzində arenada qeydə alınan ən yüksək göstəricidir.
Xatırladaq ki, sözügedən arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb. 4-cü kateqoriyalı stadionda isə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin oyunlarının, eləcə də milli komandaların rəsmi matçlarının keçirilməsinə icazə verilir.
Baxış sayı:84
Bu xəbər 31 Avqust 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















