Icma.az
close
up
RU
Gəncə və Bərdənin raketlə vurulmasını əmr edən general Qasparyan KİMDİR...

Gəncə və Bərdənin raketlə vurulmasını əmr edən general Qasparyan KİMDİR...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Hərbi Məhkəməsində mühakimə olunan qondarma “Artsaxın rəhbərləri” - Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərləri Azərbaycana qarşı törətdikləri cinayətlər barədə etiraflar edirlər.
Arayik Harutyunyan martın 14-də keçirilən məhkəmə prosesində Gəncə şəhərinin raket atəşinə tutulmasından danışarkən bu barədə ilk məlumatı Ermənistan silahlı qüvvələrinin o zamankı baş qərargah rəisi Onik Qasparyandan aldığını bildirib.
Martın17-dəki məhkəmə prosesində isə təqsirləndirilən Levon Mnatsakanyan Gəncə və Bərdənin raket atəşinə tutulması barədə əmrin kim tərəfindən verildiyi  barədə sualı cavablandırarkən Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin adını çəkib – yenə də Onik Qasparyan...
“Baş qərargah rəisi əgər əmr verə bilirsə, əmri verməzdən əvvəl ölkə rəhbərliyində kiminlə razılaşdırmalı idi” sualına L.Mnatsakanyan “Müharibə zamanı baş qərargah rəisi bir nəfərə tabe olur, ölkənin rəhbərinə” cavabını verib.

“Ölkənin rəhbəri deyəndə Ermənistanda kim nəzərdə tutulur” sualına təqsirləndirilən şəxs “Ermənistanda Baş nazirdir. Həmin vaxt baş qərargah rəisi Onik Qasparyan, Baş nazir isə Nikol Paşinyan idi” cavabını verib.
Bəs Arayik Harutyunyanla Levon Mnatsakanyanın dediyi kimi, Azərbaycanın Gəncə, Bərdə və digər şəhərlərinin dağıdıcı raketlərlə vurulması əmrini verən Onik Qasparyan kimdir?
Modern.az-ın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, Onik Qasparyan Ermənistanda kifayət qədər qalmaqallı hərbçi kimi tanınıb.
O, 1970-ci il yanvarın 6-da Ermənistanın İcevan şəhərində anadan olub. 1976-1986-cı illərdə orta məktəbdə təhsil alıb.

1988-1990-cı illərdə Sovet Ordusunda xidmət edib. 1990-cı illərin ortalarında Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ali Zabitlər Kurslarında təhsil alıb.
1993-cü ildə Ermənistan Ordusuna qoşulub. 1994-cü ildə piyada əleyhinə mina partlaması nəticəsində yaralanıb.

1998-2001-ci illərdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Əlahiddə Ümumqoşun Ordusu Akademiyasında təhsil alıb.
1993-2010-cu illərdə İcevan alayında batalyon komandirinin müavini, kəşfiyyat rəisi, döyüş əməliyyatları üzrə komandirin müavini, sonra alay komandiri olub.

2001-2005-ci illərdə 5119 saylı hərbi hissənin komandiri olub, sonra 68617 saylı hərbi hissədə analoji vəzifəyə keçirilib. 2007-2008-ci illərdə 4-cü Ordu Korpusunun qərargah rəisi və komandir müavini olub.
2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

2010-2012-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin 3-cü Ordu Korpusunun qərargah rəisi olub. 11 aprel 2012-ci ildə 3-cü Ordu Korpusunun komandiri təyin edilib.
Onik Qasparyan 2016-cı ilin iyulunda Ermənistan prezidentinin sərəncamı ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, 2017-ci ilin iyununda isə Baş Qərargah rəisinin birinci müavini təyin edilib.
3 iyul 2019-cu ildə Ermənistanın Konstitusiya Günü münasibətilə ona general-leytenant hərbi rütbəsi verilib.

8 iyun 2020-ci ildə baş nazir Nikol Paşinyan Onik Qasparyanı Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edib. 15 oktyabr 2020-ci ildə isə ona general-polkovnik rütbəsi verilib.
2020-ci il noyabrın 10-dan Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin sonlandırılmasına dair üçtərəfli bəyanat imzalandıqdan sonra O.Qasparyan bəyan edib ki, baş nazir Paşinyan bu sazişi onun təklifi ilə bağlayıb. Qasparyan Ermənistanda "Rusiyanın adamı" kimi da tanınıb.
2021-ci il fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Bundan sonra Nikol Paşinyan “dövlət çevrilişinə cəhdə görə” Qasparyanın istefası təklifini prezident Armen Sarkisyana təqdim edilib. Ermənistan prezidenti isə Onik Qasparyanın vəzifədən azad edilməsi haqqında fərmanı imzalamaqdan imtina edib və Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.
Hökumət isə prezidentin məhkəməyə müraciət etmədiyini və Onik Qasparyanın 10 mart 2021-ci il tarixindən qanunla vəzifəsindən azad edildiyini bildirib.
Onik Qasparyan Baş nazir Nikol Paşinyana qarşı qiyam qaldıran general olaraq da bilinir.
2021-ci ildə Qasparyan qarşıdan gələn seçkilərdə eks-prezident Robert Köçəryanı dəstəkləməyə çağırıb. O, bütün hərbçilərdən parlament seçkilərində Köçəryanın “Ermənistan” blokuna səs verməyi xahiş edib.

O, 2022-ci ildə Baş nazir Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldıraraq vəzifəsinə bərpa olunmasını tələb edib. Lakin məhkəmə bu iddianı təmin etməyib.
Qasparyan dəfələrlə müxtəlif cinayət işlərinə görə istintaqa çağırılaraq dindirilib.
Onik Qasparyanın Ermənistanın bir sıra orden və medalları ilə təltif olunub.

Xatırladaq ki, 2020-ci il oktyabrın 4-də Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulub. Gəncə şəhəri daha sonra 5, 8, 11 və 17 oktyabr tarixlərində də raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bərdə şəhəri və rayonun kəndləri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bərdədə törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Ermənistan bu terror hücumları ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri