Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Gəncə Voleybol Klubu: Hazırlıq Prosesi və Komanda Ruhu REPORTAJ

Gəncə Voleybol Klubu: Hazırlıq Prosesi və Komanda Ruhu REPORTAJ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə Voleybol Klubu 2023-cü ildə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə yaradılıb. Yarandığı gündən etibarən klub ölkədə voleybolun inkişafına töhfə verməyi, yeni idmançılar yetişdirməyi və peşəkar idman mədəniyyətini yaymağı qarşısına məqsəd qoyub.

SİA "Gəncə VK" hədəfləri ilə bağlı reportaj hazırlayıb.

"Gəncə VK" son illərdə uğurlu nəticələrlə yadda qalıb. 2023-cü ildə çimərlik voleybolu üzrə respublika çempionatında gümüş, 2024–2025-ci il mövsümündə qadın voleybolçular arasında Azərbaycan kuboku yarışlarında gümüş, 2025-ci ildə isə qar voleybolu üzrə ölkə çempionatında bürünc medal qazanıb.

Komandanın baş məşqçisi Rafael Petry: "Biz oyun sürətimizi mümkün qədər artırmağa çalışırıq. Əlbəttə, bu təkcə bizdən asılı deyil. Yaxşı sürətli oyun üçün ötürmələrimizi inkişaf etdirməliyik. Amma əsas məsələ komanda işidir. Məncə, bu bizim üçün ən vacib məsələdir. Ən böyük gücümüz komanda işidir. Komanda olaraq çox yaxşı işləyirik. Amma eyni zamanda oyunun bütün bacarıqlarını inkişaf etdirməliyik, çünki turnirin son mərhələsində onların hamısı çox vacib olacaq. Hazırda biz komandanı qurmaq mərhələsindəyik, çünki hələ çox sayda oyun oynamamışıq. Əsas məqsədimiz ilk 8-liyə düşmək, sonra isə 1/4 final, yarımfinal və finala çıxmaqdır.

Baş məşqçi qeyd edib ki, gənc oyunçuların komandaya daxil olması bizim üçün çox önəmlidir. Onlar bizə əsasən enerjilərini verirlər. Onlar öyrənməyə açıqdırlar və bu, çox vacibdir həm onlar, həm də komanda üçün. Bu bizə həm keyfiyyət, həm də komanda daxilində yaxşı psixoloji mühit bəxş edir, çünki onlar daim öyrənmək istəyirlər. Bu da bizim üçün çox önəmlidir. Turnir kifayət qədər güclüdür. Burada bir çox xarici oyunçuların olması çempionat zamanı bizə çətin anlar yaşadır. Amma ən vacibi hazırlıqdır. Motivasiya isə bizim komandada birlikdə nəticə əldə etmə istəyi ilə gəlir. Bizim üçün əsas məsələ motivasiyanı komanda ruhunda tapmaq, çox işləmək və çempionatın final mərhələsində ən yaxşı formada olmaqdır".

"Gəncə VK"-nın kapitanı Şaron Çepçumba Kiprono: "Məncə, komandadakı rəqabəti gücləndirmək üçün əsas məqsədimiz hər bir oyunçunu eyni səviyyəyə gətirməkdir. Əgər oyunçular eyni səviyyədədirsə, istər məşq xüsusiyyətləri, istər enerji baxımından gənc oyunçuların da peşəkar və təcrübəli oyunçularla rəqabət aparması asan olur. Şəxsi olaraq deməliyəm ki, “Gəncə”də oynamaq mənim üçün böyük minnətdarlıq hissidir. Əslində, iki il əvvəl bura gəlməliydim, lakin zədə səbəbindən mümkün olmadı. O zamandan bəri bərpa prosesində idim. İndi isə “Gəncə” mənim üçün bir ev kimidir. Burada çox sakit, gözəl mühit və idmançı üçün çox yaxşı şərait var. Komandanın bir hissəsi olmaqdan qürur duyuram. Bu mövsüm başladığımız gündən bəri məqsədimiz dəyişməyib, hədəfimiz turniri ən yüksək pillədə tamamlayıb final oyunlarına çıxmaqdır. Bəzən qalib gəlmək üçün əvvəlcə uduzmaq lazımdır. Biz heç vaxt təslim olmamışıq. Hər oyunda çalışırıq, özümüzü itələyirik, və məqsədimizə çatmaq üçün əlimizdən gələni edirik. Hər oyundan öncə kiçik qeyd etdiyimiz notlarımız var, özümüzə xatırladırıq ki, biz bu məqsədə çatacağıq. Uduzmaq da prosesin bir hissəsidir, səhvlərimizi görmək və düzəltmək üçün fürsətdir. Məqsədimiz zirvədə olmaqdır və biz buna fokuslanmışıq.

Gəncə şəhərinin dəstəyindən çox qürur duyuram. Azarkeşlərimiz çox dəstəkləyicidir və biz onların dəstəyinə çox ehtiyac duyuruq. Onlardan istəyimiz odur ki, məğlub olduğumuz zamanlarda belə bizi tək buraxmasınlar. Onların dəstəyi bizə motivasiya verir, ruh yüksəkliyi verir. Həqiqətən, bu dəstək çox böyükdür və biz buna görə çox təşəkkür edirik. Sadəcə olaraq, bu dəstəyin davam etməsini istəyirik.

Bu sualı çox sevirəm və bir az geniş cavab verəcəyəm. Mən voleybola başlayanda çox insan məni ruhlandırdı və bu gün kimə çevrilmişəmsə, bunun sayəsindədir. Gənc oyunçulara tövsiyəm budur ki, heç vaxt dayanmasınlar. Bu idman növü bəzən çox şey tələb etmir, amma əslində çox şey tələb edir – hörmət, davamlılıq, zəhmət və nə istədiyini bilmək. Voleybol oynamaq çox qürurvericidir, insana sevinc bəxş edir. Mənim üçün əsas prinsip – özünə inan, başını dik tut, bil ki, sən bunun üçün doğulmusan və nə olursa olsun, heç kim səni dayandıra bilməz. Çox çalış, Allaha da inan və irəlilə".

"Gəncə VK-nın oyunçusu Mətanət Lətifova: "Mən Gəncə voleybol məktəbinin yetirməsi olaraq deyə bilərəm ki, Gəncədə voleybola maraq yüksək səviyyədədir. Bura sadəcə bir klub deyil, həm də bir məktəbdir. Təhsili, hazırlığı və sistemi dörd ayaq üzərində dayanan möhkəm bir quruluşu var. Hədəfimiz əlbəttə ki, play-off-a çıxmaqdır. Play-off-a çıxaraq Avropada Gəncə komandasını təmsil etmək istəyirik. Gəncəni təmsil etmək bizim üçün böyük bir qürurdur. Komandamızın daxilində əhval-ruhiyyə yüksək səviyyədədir. Hər oyuna ciddi hazırlaşırıq. Tribunalardakı azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidir. Onların dəstəyi bizə əlavə motivasiya verir və daha yaxşı nəticələr əldə etməyimizə səbəb olur. Əlbəttə ki, istərdim karyeramı davam etdirim. İrəlidə nə olacağını zaman göstərəcək. Yaxın zamanlarda bu məsələlər daha da aydınlaşar".

"Gəncə VK"-nın oyunçusu Karolina Nova: "Gəncə komandasında oynamaq mənim üçün böyük şərəfdir. Bu komandanın bir hissəsi olduğum üçün həqiqətən minnətdaram, çünki bizim möhtəşəm məşqçilərimiz, əla məşqçi heyətimiz var və burada hər kəs çox çalışır və əziyyət çəkir. Buna görə bunu çox yüksək qiymətləndirirəm.

Məncə, bizi olduqca çətinliklərlə dolu bir mövsüm gözləyir və buna hazıram. Mən hər oyundan zövq alıram və düşünürəm ki, bu, mənim karyeramı inkişaf etdirməyimə və ümumilikdə daha yaxşı voleybolçu olmağıma kömək edir. Biz ən yüksək hədəfləri qarşımıza qoymuşuq, buna şübhə yoxdur, amma hazırda daha çox növbəti addıma fokuslanırıq. Bizim üçün əsas sual odur: növbəti oyun nədir, növbəti addım nədir, özümüzü necə inkişaf etdirə bilərik və nəticədə pley-offa çıxmaq və ən yüksək medalları qazanmaq kimi məqsədlərimizə çata bilərikmi?

Buradakı həyat mənim alışdığım şəraitdən çox fərqlidir, amma çox xoşuma gəlir. Biz çox əziyyətlə çalışırıq, hər gün həm ağırlıq məşqlərimiz, həm də iki dəfə voleybol məşqimiz olur. Düşünürəm ki, əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Məşqçi stilimiz də xoşuma gəlir. O, bizim potensialımızı görür və hər gün onu daha da inkişaf etdirməyə çalışır. Burada olmaqdan daha çox xoşbəxt ola bilməzdim. Məncə, burada voleybol çox inkişaf edir. Xüsusilə kiçik qızların çox çalışdığını görmək mənə çox xoş gəlir. Onlar bizim oyunlarımızı izləyir, bizə azarkeşlik edirlər və demək olar ki, heç bir oyunu buraxmırlar. Onların bizə nümunə kimi baxması çox gözəldir. Bizim vaxtımız olanda biz də onların oyunlarına baxmağa gedirik. Bu çox yaxşıdır. Gəncə voleybol üçün çox şey edir. Bizim çox yaxşı mühitimiz və ölkənin ən yaxşı zalı var. Bu böyük üstünlükdür və biz də bundan maksimum yararlanmağa çalışırıq".

Gəncə Vk-nın oyunçusu Alisa Kim: "Komandada oynamaq mənim üçün olduqca əyləncəlidir. Mən digər insanlarla birlikdə olmaq, eyni idmanı və bütün anları birlikdə yaşamağı çox sevirəm. Düşünürəm ki, komanda öz qarşısına çox yüksək hədəflər qoyub və inanıram ki, bu hədəflərə çatmaq mümkündür sadəcə birlikdə işləməliyik və son nəticəni nəzərdən qaçırmamalıyıq. Hər hansı çətinliklər və ya geri dönüşlər olsa belə, tam şəkildə birlikdə işləmək bizi istədiyimiz yerə çatdıracaq.

Baş məşqçinin fəlsəfəsi mənə voleybolçu olaraq çox müsbət təsir edib, çünki bu yanaşma bizə səhvlər və xətalar üzərində ilişib qalmaq əvəzinə növbəti xal, növbəti topu və ümumi oyun üzərində fokuslanmağa imkan verir. Düşünürəm ki, Gəncə şəhərinin çox yaxşı dəstək sistemi və azarkeş bazası var. Onlar bizə və şəhərdəki digər idman növlərinə sevgi və dəstək göstərirlər. Onlar gənc voleybolçuları meydana çıxıb oynamaları üçün həqiqətən təşviq edirlər".

Gəncə Vk-nın oyunçusu Aysu Elveren: "Komanda olaraq enerjimizin çox yüksək olduğunu düşünürəm. Bir-birimizi çox yaxşı anlayırıq. Məşqçilərimiz də eyni şəkildə bizimlə daim ünsiyyətdədirlər. Hər şeyin çox gözəl keçdiyini düşünürəm və gələcəkdə də gözəl keçəcəyinə inanıram. İrəlidə daha böyük uğurlara imza atacağıq. Təbii ki, çempionluğa hədəflənmişik. Gəncəni gözəl yerlərə gətirib, Azərbaycanı da layiqincə təmsil etmək istəyirik. Gəncə İdman Sarayının böyük bir idman zalı var. Bura bizim üçün çox böyük və önəmlidir. Məşq zalı, fitness zalı, fizioterapiya otağı yəni bir sözlə hər şərait var. Məncə, çox gözəldir. Mənim üçün bura artıq ev kimidir. Komandadakı dostlarım, yoldaşlarım, prezidentimiz hamısı çox yaxşı insanlardır. Özümü evdəki kimi hiss edirəm. Məncə, azərkeşlər bizim oyunlarımıza gəlsinlər. Çünki oyunları izlədikcə içlərindəki voleybola olan sevgi ortaya çıxacaq. Daha çox voleybol izləməlidirlər".

Gəncə Voleybol Klubunun hazırlıq prosesini yaxından izlədikdən sonra aydın olur ki, komanda yalnız texniki bacarıqlarını inkişaf etdirmir, həm də birlikdə işləməyin, səbir və motivasiyanın nə qədər vacib olduğunu göstərir. Hər bir oyunçu, məşqçi və klub rəhbərliyi bu məqsəd uğrunda böyük səylə çalışır.

Gəncə Voleybol Klubu həm infrastruktur, həm də dəstək sistemi baxımından ölkədə nümunəvi bir mühit təqdim edir. Buradakı hər bir gənc oyunçu üçün bu klub həm təcrübə toplamaq, həm də öz potensialını reallaşdırmaq üçün əvəzsiz bir fürsətdir. Gəncə komandası yalnız yarışlarda uğur qazanmaq üçün deyil, eyni zamanda voleybolun inkişafına töhfə vermək üçün də hər gün əzmlə çalışır. Burada hər bir məşq, hər bir oyun və hər bir uğur, həm komanda, həm də şəhər üçün böyük bir qürur mənbəyidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see191

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see168

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see147

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see146

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see140

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri