Gəncəbasar Azərbaycanın U 19 millisi və Premyer Liqa təmsilçisi ilə qarşılaşacaq
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1-ci Liqa təmsilçisi "Gəncəbasar" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dönəmində iki yoxlama oyunu keçirəcək.
Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri məlumat verib:
"Komanda bir yığılandan futbolçular evlərinə getməmişdilər. Mental olaraq yorğun idilər. "Mingəçevir"lə sentyabrın 17-də keçirdiyimiz oyundan sonra uşaqlara 5 günlük istirahət verdik. Sabah məşqləri bərpa edəcəyik.
Sentyabrın 29-da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi, oktyabrın 2-də isə "Kəpəz"in əsas komandası ilə sınaq matçları nəzərdə tutulub. Fasilə bitənə qədər komandanı daha yaxşı səviyyəyə çatdırmağı hədəfləmişik".
Qeyd edək ki, ilk 3 turda 3 qələbə qazanan "Gəncəbasar" 1-ci Liqanın turnir cədvəlinin şərikli lideridir.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 22 Sentyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















