Icma.az
close
up
RU
Gəncədə 1200 nəfəri it dişləyib Deputatdan HƏYƏCAN TƏBİLİ

Gəncədə 1200 nəfəri it dişləyib Deputatdan HƏYƏCAN TƏBİLİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son bir ildə təkcə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir. Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev deyib. 

“Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Şəhər və rayonların mərkəzi parklarında, küçələrində belə sahibsiz heyvanların sakinlər üçün ciddi problem yaratdığına şəxsən şahidlik etmişəm. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu problemlərin həlli üçün bir neçə təklif irəli sürmək istərdim:

1. Sahibsiz heyvanların təhlükəsizliyini təmin etmək və onların vəziyyətini yaxşılaşdırmaq üçün müvafiq qanunvericilikdəki boşluqları aradan qaldırılmalıdır və ya sahibsiz heyvanlar haqqında yeni qanun hazırlanmalıdır.

2. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması, onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır. Bu sığınacaqlar, heyvanların tibbi müayinəsi və müalicəsi üçün də istifadə oluna bilər.

3. Sahibsiz heyvanların mütəmadi olaraq peyvənd edilməsi, xüsusilə quduzluq əleyhinə peyvəndlərin icrası, bu cür xəstəliklərin yayılmasının qarşısını ala bilər.

4. Sahibsiz heyvanlara tibbi yardım göstərilməsi üçün mobil klinikaların təşkili, onların mütəmadi olaraq yoxlanılması və müalicəsi üçün faydalı ola bilər.

5. Şəhər sakinləri arasında sahibsiz heyvanlara qarşı düzgün münasibətin təşviq edilməsi üçün maarifləndirmə kampaniyalarının keçirilməsi vacibdir. İnsanlara sahibsiz heyvanlarla necə davranmaq və onları qorumaq haqqında məlumat vermək məqsədəuyğundur.

6. Sahibsiz heyvanların problemlərinin həlli üçün kifayət qədər vəsait ayrılmalıdır. Bu vəsaitlər sığınacaqların yaradılması, peyvənd proqramlarının icrası və tibbi yardımın göstərilməsi üçün istifadə olunmalıdır.

7. Sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir.

Hörmətli xanım sədr və həmkarlar, bu problemlərin həllinə birgə səylərimizi yönəltmək, şəhər və rayonlarımızda sahibsiz heyvanların vəziyyətini yaxşılaşdırmaq üçün Milli Məclisdə ictiami dinləmə keçirməklə ən əsas töhvəni verə bilərik. İnanıram ki, sadaladığım addımlar, sahibsiz heyvanların sakinlərimizlə birlikdə təhlükəsiz və sağlam şəraitdə yaşamasına kömək edəcəkdir”,- deputat vurğulayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri