Icma.az
close
up
RU
Gəncədə 49 yaşlı kişi 9 yaşlı qıza əxlaqsız hərəkətlər etdi TƏFƏRRÜAT

Gəncədə 49 yaşlı kişi 9 yaşlı qıza əxlaqsız hərəkətlər etdi TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 49 yaşlı kişi 9 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin martın 28-də, saat 19 radələrində Gəncə şəhəri, Zərrabi küçəsində baş verib. 
Kəlbəcər rayon sakini Mahmud (adlar şərtidir – red.) çoxmərtəbəli yaşayış binasının qarşısında oturacaqda  əyləşmiş aşkar surətdə ona on dörd yaşına çatmadığı məlum olan 2015-ci il təvəllüdlü Zamirənin guya Xanım adlı şəxsin həmin binada yaşayıb-yaşamadığını öyrənmək bəhanəsi ilə aldadıb, ondan binanın blokunun girişinə  gəlməsini istəyib. 
Zamirə binanın blokunun girişinə gəldikdən sonra cinsi  ehtirasını təmin etmək məqsədi ilə zor tətbiq etmədən onu özünə tərəf sıxaraq sinə nahiyəsini paltarın üzərindən əli ilə sığallayıb. Zamirə onun hərəkətlərindən yayınmaq üçün üzünü çevirərək getmək istəyən zaman hərəkətlərini  davam etdirib və azyaşlının intim yerlərini şalvarın üzərindən əli ilə sığallayıb. Bu hərəkətləri ilə azyaşlı qıza qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər edib. 
Hadisəni törədən Mahmudun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ona elan  olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hərbi xidmətdə  olarkən miningit olub və bu səbəbdən də yuxusuzluqdan əziyyət çəkir: “Həmin günü yuxusuz olduğumdan tam özümü idarə edə bilməmişəm. Mən 4 il bundan öncə evində kombi çəkdiyim Xanım adlı şəxsin ünvanını tam xatırlamadığımdan orada oynayan uşaqdan evin yerini soruşdum. Uşaq evi göstərmək üçün bloka daxil olandan sonra bir uşaq kimi başını sığallamaq istədikdə əlim arxasına toxunub. Pilləkəndən qalxdıqda isə müvazinətimi saxlaya bilməyərək uşağın qarın nahiyəsinə toxunmuşam. Mən həmin vaxt orada heç bir pis fikrim olmayıb. Sadəcə niyyətim qonşuluqda yaşayan Xanım adlı şəxsin ünvanı soruşmaq olub”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Zamirənin sözlərinə görə, həmin günü anası ona zibil atmağı buyurub və o, zibili atdıqdan sonra binaların qabağında dostu ilə söhbət edərkən Mahmud adlı şəxs 2-ci blokun qarşısında duraraq mənə baxdı. Dostum getdikdən sonra binaların qarşısında olan oturacaqda oturdum və həmin adam yaşadığımız binanın giriş hissəsində dayanaraq məni çağırdı. Mən də həmin şəxsin yanına getdikdə qonşu Xanımın harada yaşamasını soruşdu. Daha sonra məni bloka salaraq sinəmin və ön hissəmi əli ilə sığalladı. Bu zaman onun hərəkətlərindən yayınmaq üçün pilləkəndən qalxmaq istədim. Həmin şəxs gödəkçəmin arxasından tutub geriyə dartdı. Bundan sonra qorxaraq qışqırdım, evə qaçdım”.
İş üzrə şahid qismində ifadə verən azyaşlının anasının sözlərinə görə, həmin günü qızı Zamirəni aşağı küçəyə zibil atmaq üçün göndərib: “Mahmud adlı şəxs uşağı bloka çağırıb qonşu Xanımı soruşub və “sən nə qəşəng qızsan” deyərək paltarın üstündən əl-qol atıb. Bu zaman uşaq pilləkəndən çıxmaq istədikdə arxadan gödəkçəsinin papağından tutaraq dartıb. Bundan sonra qızım evə təşviş içində girdikdə ondan səbəbini soruşdum və bütün təfərrüatı ilə hadisəni mənə danışdı”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri