Gəncədə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların ailələri ziyarət edilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Gəncə, 22 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların Gəncədə xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri şəhid ailələrini ziyarət ediblər. Görüşlərdə hər bir şəhidin qısa və şərəfli ömür yoluna nəzər salınıb, onların qəhrəmanlığı yüksək qiymətləndirilib.
Şəhid ailələri isə övladları ilə daim qürur duyduqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatı zamanı Gəncə şəhərindən baş leytenant Həsənov Kərəm Akif oğlu, əsgərlər Axundov Murad Xıdır oğlu, Bədəlov Oruc Arif oğlu, Ələkbərov Ramal Elnur oğlu, Əliyev Orxan Eldar oğlu və Əliyev Talıb Elman oğlu şəhidlik zirvəsinə ucalıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 22 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















