Gəncədə avtomobil idarəetmədən çıxdı: III MDB Oyunlarının meneceri həyatını itirdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, şəhərin 1-ci mikrorayonu, Vaqif küçəsi ilə hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış "Chevrolet" və "Mercedes" markalı maşınlara çırpılıb.
Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.
Qəza zamanı "Toyota"nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.
Faktla bağlı araşdırma aparılır.







Gəncədə ağır qəza: III MDB Oyunlarının meneceri öldü
19 Avqust 2025 09:28
Gəncədə III MDB Oyunlarının geri sayımı başlanıb FOTO
01 Sentyabr 2025 10:22
Gəncədə III MDB Oyunlarının təntənəli açılışı FOTOLAR + VIDEO
28 Sentyabr 2025 20:47
Bu gün Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək
28 Sentyabr 2025 08:49
Prezident xanımı ilə Gəncədə III MDB Oyunlarının açılışını izlədi Fotolar
28 Sentyabr 2025 20:35

