Icma.az
close
up
RU
Gəncədə bələdiyyə seçkiləri 4 DSK üzrə 158 məntəqədə keçirilir

Gəncədə bələdiyyə seçkiləri 4 DSK üzrə 158 məntəqədə keçirilir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy dairələri üzrə məntəqələrdə səsvermə keçirilir.Gəncə şəhəri üzrə ümumilikdə 158 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan vətəndaşların sayı 181 min 247 nəfərdir. Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinə, ümumilikdə, 38 üzv seçiləcək ki, bu yerlər üçün də 4 DSK üzrə 84 nəfər mübarizə aparır.39 saylı Gəncə ikinci seçki dairəsinin 12 sayılı seçki məntəqəsinin sədri Qurban Qurbanov bildirib ki, səhər saat 08:00-dan start verilən seçki prosesində seçici aktivliyi müşahidə olunur. Məntəqə sədri deyib ki, seçicilərin rahat və şəffaf səs verməsi üçün lazımi şərait yaradılıb. Müraciət olunduğu halda daşınan qutu ilə seçicilərin səsvermə hüququndan istifadə etməsi təmin olunacaq.Qeyd edək ki, 38 saylı Gəncə birinci seçki dairəsi üzrə 38 açıq və bir qapalı məntəqədə 53 minə yaxın vətəndaş qeydə alınıb. Onlardan 120 nəfər ilk dəfə səs verəcək. Seçkilərin şəffaflığını təmin etmək üçün bu məntəqələrdə 13 müşahidə kamerası quraşdırılıb.39 saylı Gəncə ikinci seçki dairəsi üzrə 36 açıq və bir qapalı məntəqədə 51 mindən çox seçici qeydə alınıb. Onlardan 57 nəfər ilk dəfə səs verəcək.40 saylı Gəncə üçüncü seçki dairəsi üzrə mövcud 38 məntəqədə 53 mindən çox vətəndaş qeydə alınıb. Bu dairədə səsvermə prosesinin monitorinqini təmin etmək üçün seçki məntəqələrində 10 müşahidə kamerası var.41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində 45 məntəqədə 49 mindən çox seçici qeydə alınıb. 108 nəfər ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Məntəqələrdə 8 müşahidə kamerası quraşdırılıb.Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri