Gəncədə beton hasara çırpılan avtomobil yanıb
Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2005-ci il təvəllüdlü E.Paşayevin idarə etdiyi “Changan” markalı avtomobil idarəetməni itirərək beton hasara çırpılıb.
Qəzadan sonra avtomobildə yanğın olub. Dərhal əraziyə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülsə də, avtomobil yararsız hala düşüb. Sürücü isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə beton hasara çırpılan avtomobil yanıb AZƏRTAC
23 Noyabr 2024 09:39
Gəncədə beton hasara çırpılan avtomobil yanıb VİDEO AZƏRTAC
23 Noyabr 2024 17:12
Gəncədə beton hasara çırpılan avtomobil yanıb, xəsarət alan var
23 Noyabr 2024 09:18
Beton hasara çırpılan avtomobil yanıb
23 Noyabr 2024 09:25

