Gəncədə birtərəfli yola əks girən sürücü təhlükə yaratdı DİN dən AÇIQLAMA VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Gəncə şəhəri, Əttarlar küçəsində kobud qayda pozan sürücünün görüntüsü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də saat 08:20 radələrində qeydə alınıb. Belə ki, 99-FX-061 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü birtərəfli yola girərək əks istiqamətdə hərəkət edib. Bu vaxt o, qarşıdan gələn maşına təhlükə yaradıb. Xoşbəxtlikdən döngəyə daxil olan sürücü qayda pozan nəqliyyat vasitəsini görərək sağa manevr edib və baş verəcək qəzadan son anda xilas olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntüylə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsində araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 10 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















