Icma.az
close
up
RU
Gəncədə DƏHŞƏTLİ OLAY: Yataqxananın həyətində ağır vəziyyətdə TAPILIB Xəstəxanada öldü

Gəncədə DƏHŞƏTLİ OLAY: Yataqxananın həyətində ağır vəziyyətdə TAPILIB Xəstəxanada öldü

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, o, ağır vəziyyətdə gecə saatlarında Məmməd Xələfov küçəsi 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda tərk edilmiş yataqxananın həyətində tapılıb. Bildirilir ki, bu yataqxanada bir müddət əvvələdək məcburi köçkünlər məskunlaşıbmış.

Əraziyə yaxın olan peşə məktəbinin mühafizəçisi Elgünün inilti səslərini eşidərək, hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə dərhal polis və prokurorluq əməkdaşları cəlb olunublar. Yeniyetmə Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılsa da, ertəsi gün səhər saatlarında vəfat edib.

İki qardaşdan böyüyü olan Elgün İbrahimov Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli orta məktəbin rus bölməsinin 11-ci sinfində oxuyurmuş.

Elgünün dayısı Rövşən Zeynalov bildirib ki, o, dərsdənkənar hazırlığa gedirmiş və hadisənin də həmin hazırlıqdan çıxandan sonra baş verdiyi ehtimal olunur:

"Uşağı görəndə tanımadım. Baş nahiyəsi tamamilə əzilib, gözünün biri yerində olmayıb. Bu vəhşilikdir. Biz bu vəhşiliyin kim və ya kimlər tərəfindən törədildiyini bilmək istəyirik. Bu bir nəfərin işi deyil. Uşağın ağciyərləri belə partlayıb. Tam məsuliyyətimlə deyirəm, heç kimlə işi olmayan, sakit, yalnız dərslə maraqlanan bir uşaq idi. Mayın 4-də rus bölməsi üzrə keçirilən imtahanda çox yüksək bal toplamışdı. Anası bu uğura görə bizə gözaydınlığı vermişdi".

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

13:41

Gəncədə küçədə döyülən 18 yaşlı oğlanı ölümdən xilas etmək mümkün olmayıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun çatdırıldığı xəstəxanada ürəyi dayanıb. Sonradan tənəffüs aparatına qoşulub ürək döyüntüləri bərpa edilsə də, saat 12:10-da ölüm faktı qeydə alınıb.

Əzizə İsmayılova

10:58

Gəncədə küçədə döyülən və xəstəxanada öldüyü deyilən 18 yaşlı oğlan sağ imiş.

Oxu.Az-ın məlumatına görə, E.İbrahimovun ürək döyüntülərinin fəaliyyəti süni tənəffüs aparatı vasitəsilə bərpa edilib.

O, hazırda komatoz vəziyyətdədir. Vəziyyəti həddindən artıq ağır olan E.İbrahimovun müalicəsi davam etdirilir.

10:48

Gəncədə küçədə ağır xəsarətlər alan gənc oğlan aşkarlanıb.

Oxu.Az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü E.İbrahimov şəhərin E.Xəlilov küçəsində aşkarlanıb və o, dərhal xəstəxanaya aparılıb.

18 yaşlı Elgün İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri, ağır kəllə-beyin travması ilə xəstəxanaya qəbul olunaraq dərhal ilkin tibbi yardım göstərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı nəfəs çatışmazlığından dünyasını dəyişib.

İlkin ehtimala görə, E.İbrahimov döyülərək ağır xəsarətlər alıb. Onun üzərində hər hansı kəsici deşici və ya güllə izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri