Gəncədə dilənçilik edən və tufeyli həyat tərzi keçirən 46 nəfər saxlanılıb
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Gəncə şəhərində polis əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq sakinlərin narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbir zamanı ümumilikdə 46 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Gəncədə dilənçilik edən və tufeyli həyat tərzi keçirən 26 nəfər saxlanılıb
29 Noyabr 2024 16:22
Gəncədə dilənçilik edən 26 nəfər saxlanıldı
29 Noyabr 2024 16:14
Gəncədə dilənçilik edənlər cəzalandırıldı
29 Noyabr 2024 16:22
Gəncədə iki nəfər bıçaqlanıb
21 Noyabr 2024 23:28

