Gəncədə dostu ilə zarafatlaşan yeniyetmə xəsarət aldı YENİLƏNİB
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gəncədə bıçaqlanma hadisəsi zamanı xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Noyabrın 26-sı saat 19:20-da bir nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2013-cü il təvəllüdlü pasiyentə budun açıq yarası diaqnozu təyin olunub və zəruri tibbi yardımlar göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
***
Gəncədə 13 yaşlı oğlanın xəsarət almasının təfərrüatı bilinib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Şəhər sakini, 2012-ci il təvəllüdlü K.Qurbanov diz qapağından kəsici alətlə yetirilmiş xəsarətlə xəstəxanaya müraciət edib.
Polis əməkdaşları tərəfindən keçirilən araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı S.Əliyev dostu K.Qurbanov ilə zarafat edərkən əlindəki dırnaqtutan alətlə sonuncunun diz nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 27 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















