Gəncədə dövlət qurumlarının əməkdaşları atıcılıq turnirində qüvvələrini sınayıblar
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 2 iyul, AZƏRTAC
Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə dövlət qurumlarının əməkdaşları arasında praktiki atıcılıq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Gəncə şəhərində fəaliyyət göstərən müəssisə və təşkilatların gənc əməkdaşları mübarizə aparıb.
Tədbirin məqsədi gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təbliği və komanda ruhunun formalaşdırılması olub.
Gəncə şəhəri Baş Polis İdarəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin dəstəyi ilə keçirilən turnirdə 16 komanda iştirak edib. Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin komandası 1-ci, ASAN-1 xidmətinin komandası 2-ci, Azərbaycan Dövlət Aqrar Universitetin komandası isə 3-cü yeri tutub.
Qalib komandalar diplom və medallarla təltif olunublar.
Yarışın baş hakimi Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçi-müəllimi Rəsul Məmmədov olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 02 İyul 2026 23:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















