Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Saqqızı udsanız bədəninizə nə baş verir?

Xərçəng xəstələrinin sayı 67% artacaq

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Gəncədə əsl idman bayramı yaşanacaq

Gəncədə əsl idman bayramı yaşanacaq

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

III MDB Oyunlarına saylı günlər qalır

Azərbaycanın ev sahibliyi etməyə hazırlaşdığı III MDB Oyunlarının sentyabrın 1-də Gəncədə startı verilən geri sayımı davam edir.Yarışlar 2025-ci il  sentyabrın 28-dən oktyabrın 8-dək olan müddətdə keçiriləcək.  III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində baş tutacaq.  O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Hazırda Oyunların keçirilməsinə hazırlıq işləri son mərhələdədir və nəzərdə tutulan bütün layihələr yüksək səviyyədə yekunlaşdırılır.  Məlum olduğu kimi, Prezident İlham Əliyevin 10 iyul 2024-cü il tarixində imzaladığı müvafiq Sərəncama əsasən III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Dövlət başçısının 29 yanvar 2025-ci il tarixli növbəti Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi yeni redaksiyada verilib.

Beynəlxalq idman ictimaiyyətinin Azərbaycana artan inamı

III MDB Oyunlarının geri sayımına start verilməsi ilə bağlı keçirilən tədbirdə vurğulandığı kimi, yarışların Azərbaycanda keçirilməsi ökəmizin idman və mədəni həyatında əlamətdar hadisə olacaq. Yarışlara ev sahibi hüququnun ölkəmizə verilməsi dünyada Azərbaycanın nüfuzunun artmasının daha bir əyani təsdiqidir. O cümlədən digər istiqamətlərdə olduğu kimi, beynəlxalq idman ictimaiyyəti də respublikamıza böyük inam bəsləyir. Xatırladaq ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib. 2025-ci ilin sonunda Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentində Bakı şəhərinin dünyanın “İdman Paytaxtı” olaraq rəsmi təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Eyni zamanda, indiyədək Azərbaycan bir sıra beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi edib. Böyük uğurla keçən bu yarışlardan yalnız bir neçəsi barədə daha geniş bəhs etmək yerinə düşər. 2015-ci ilin yayında ilk dəfə təşkil olunan Birinci Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi bizim üçün daimi qürur mənbəyi olaraq qalacaq.

Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edilmişdi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növü idi. Oyunlarda idmançılar 253 dəst medal uğrunda yarışıblar.

Birinci Avropa Oyunlarından sonra İslam dünyası IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi hüququnu Azərbaycana həvalə etdi. Bu Oyunların da miqyası çox böyük idi.  İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzv dövlətləri Oyunlara qatıldılar. Oyunlarda 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısı mübarizə apardı. Atletlər 269 dəst medal uğrunda yarışdılar.

Paytaxt Bakı 2016-cı ildən başlayaraq dünyada çox məşhur olan Formula-1 yarışlarına ev sahibliyi edir. Hazırda paytaxtımız növbəti Formula - 1-ə hazırlaşır. İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycan təkcə son illərdə  gimnastikanın dörd növü üzrə Dünya Kubokuna, yeniyetmə cüdoçular arasında Avropa Kubokuna, bədii gimnastika üzrə 39-cu Avropa çempionatına ev sahibliyi edib. Dünyanın ən güclü snayperlərinin iştirakı ilə keçirilən atıcılıq üzrə Dünya kuboku artıq 8-ci dəfə respublikamızda baş tutub.

Ölkə boyunca yaradılan müasir idman infrastrukturu

Azərbaycan məsuliyyətli və güclü dövlət olaraq ev sahibliyi etdiyi bütün beynəlxalq idman yarışlarına ciddi hazırlıqlar görür. İndiyədək ev sahibliyi etdiyimiz nüfuzlu yarışlarda Azərbaycan bir qayda olaraq yeni yüksək standartlar tətbiq edib və sonradan bu standartlar dünya səviyyəsində də qəbul olunub. III MDB Oyunlarına ev sahibliyi hüququnun Azərbaycana verilməsini, həmçinin Bakının 2026-cı il üçün Avropanın “İdman paytaxtı” seçilməsini şərtləndirən ən mühüm amillərdən biri bütün ölkə boyunca yaradılan müasir infrastrukturla bağlıdır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib.

Respublikamızın regionlarında ilk dəfədir ki, genişmiqyaslı beynəlxalq yarışlar keçiriləcək. Regional inkişaf proqramları çərçivəsində bölgələrimizdə də müasir idman qurğuları inşa edilib. Qısa müddətdə ayrı-ayrı rayonlarda 50-dək idman kompleksi yaradılıb. Müasir idman infrastrukturu ölkəmizdə güclü idmançılar ordusunun yetişməsinə öz müsbət təsirini göstərir. Bu idman qurğularında, həmçinin  ən mötəbər beynəlxalq yarışların təşkil edilməsi üçün hər cür şərait var.

Gəncə Oyunların keçiriləcəyi əsas məkan olacaq

Qeyd etdiyimiz kimi, III MDB Oyunları respublikamızın bir neçə şəhərində təşkil olunacaq. Oynların açılış və bağlanış mərasimləri, eləcə də əsas yarışlar isə Gəncədə keçiiləcək. Buna görə də Oyunlara hazırlıq üzrə əsas işlər də məhz burada reallaşdırılır. Deyə bilərik ki, son bir ildə şəhər bütünlüklə mötəbər tədbirə hazırlıq işlərinə səfərbər olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına əsasən sözügedən oyunlarla əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti və abadlıq işləri aparılıb.

Gəncədə əsas yarışların keçiriləcəyi idman qurğuları da artıq qonaqları qarşılamağa hazırdır. Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari il avqustun 20-də Gəncə şəhər stadionunda aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından bu idman qurğusunun fəaliyyəti qismən həyata keçirilirdi. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncama əsasən, Gəncə şəhər stadionunun yenidənqurma işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Ötən il aprelin 9-da dövlətimizin başçısı stadionun təməlini qoyub. III MDB Oyunnlarına hazırıq çərçivəsində şəhər stadionunun tikintisində  də işlər sürətləndirilib. Stadionun ərazisində köməkçi məşq meydançaları və Futbol Akademiyası binası tikilib. Yeni layihəyə görə stadionun ərazisi genişləndirilərək 10,4 hektara çatdırılıb. Nəqliyyat vasitələrinin təhlükəsiz giriş-çıxışı və parklanması ilə birlikdə idman arenasının ümumi sahəsi 12 hektardan çoxdur. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir.

Yarışların bir qismi Gəncə İdman Sarayında keçiriləcək. Bu idman sarayı 2024-cü il 9 aprel tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb. İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına tam cavab verir.

Bir sözlə, Gəncə özünün tarixi siması, yenilənmiş abad görünüşü və müasir idman qurğuları ilə III MDB Oyunlarının iştirakçılarını, qonaqları qarşılamağa hazırdır. Şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürür. İnsanlar Oyunların başlayacağı günü səbirsizliklə gözləyirlər.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see619

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see421

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see283

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see272

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see267

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see265

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see249

Cənubi Qafqaz indi başqalarının diktəsi ilə yaşamır

08 Sentyabr 2026 23:23see240

Süni intellekt bizim ömrümüz ərzində xərçəngin müalicəsini tapacaq Arm rəhbəri

08 Sentyabr 2026 23:41see237

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see230

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see230

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see228

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see217

Şəkər xəstəliyinin tualetdə görünən əlamətləri necədir?

08 Sentyabr 2026 23:21see215

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see211

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see193

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see190

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see188

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see179

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri