Gəncədə fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 22 aprel, AZƏRTAC
Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçiriblər.
AQTA-nın İnformasiya təminatı və innovatov həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Aprel 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















