Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 22 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə aprelin 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçiriləcək.
MEMİM-dən AZƏRTAC-a bildirib ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin dəstəyi ilə təşkil olunan seminarın məqsədi milli mədəniyyətin formalaşmasında folklor amilinin əhəmiyyətini diqqətə çatdırmaq, zəngin xalq yaradıcılığının təbliği və gələcək nəsillərə ötürülməsi yollarının müzakirə edilməsidir.
Seminarda folklorşünas, sənətşünas-alim və tədqiqatçıların məruzələri dinləniləcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində bədii proqram da nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 22 Aprel 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















