Icma.az
close
up
RU
Gəncədə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib

Gəncədə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqi keçirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 13 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı ilə “Azərbaycan Alüminiumu” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində xəbərdarlıq və toplanış üzrə məşq keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda təşkil olunan tədbir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2025-ci tədris ilində şəhərin idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin təqvim planının icrası çərçivəsində həyata keçirilib.

Məşqin məqsədi fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi prosesində mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rəhbər heyətin fəaliyyətinin, idarəetmə üzrə bilik və bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsi, şəxsi heyətdə əməli vərdişlərin formalaşdırılması, həmçinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olub.

Əvvəlcə mülki müdafiə xidmətləri və qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunmuş toplanış yerinə cəlb olunub. Ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşqə hazır olması barədə məlumat verilib, daha sonra komandir-rəis heyətinin məruzələri dinlənilib.

Təlim zamanı qüvvələrin ştat cədvəlinə uyğun texnika, alət və avadanlıqları yoxlanılıb, şəxsi heyətin funksional vəzifələri üzrə bilikləri qiymətləndirilib.

Sonda mülki müdafiə məşqinin rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, MM işinin aparıcısı Yadigar Bədəlov və FHN-nin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Bəhai Nəsirov tərəfindən məşqin keçirilməsi qənaətbəxş qiymətləndirilib. Aşkar edilmiş çatışmazlıqlar iştirakçıların diqqətinə çatdırılıb və onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar və tövsiyələr verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri