Icma.az
close
up
RU
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında ilk dəfə voleybol festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə baş tutacaq festival “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında təşkil olunacaq.

Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirəcək.

Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçiriləcək, həmçinin dostluq oyunu təşkil olunacaq. 10–14 yaşlı uşaqlar arasında mini voleybol turniri keçiriləcək, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil ediləcək. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Festivalın xüsusi məqamlarından biri “Gəncə” klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Komandanın yeni mövsüm üçün formalaşdırılan heyəti azarkeşlərə təqdim ediləcək.

İştirakçılar və azarkeşlər sevimli voleybolçuları ilə görüşərək onlardan avtoqraf ala, xatirə şəkilləri çəkdirə və günün xoş anlarını bölüşə biləcəklər. Eyni zamanda, festivalın rəngarəngliyini artırmaq məqsədilə fləşmobun keçirilməsi də nəzərdə tutulur.

Voleybolu, musiqini və əyləncəni bir araya gətirəcək festivalın sonunda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri