Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Gəncədə keçirilən art terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

Gəncədə keçirilən art terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən icra edilən “Sənət və duyğu harmoniyasının təbliği” adlı layihə uğurla davam edir. Layihə çərçivəsində həyata keçirilən art-terapiya yönümlü rəsm kursları Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki uşaqları əhatə edir.

Layihə valideyn himayəsindən məhrum olmuş, həssas qrup kateqoriyasına daxil olan uşaqların psixoloji rifahının yaxşılaşdırılması, onların emosional zənginliyinin artırılması və yaradıcılıq potensialının üzə çıxarılması məqsədini daşıyır. Layihənin rəhbəri “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadədir. Art-terapiya prosesində iştirak edən psixoloq “Serotonin” Neyropsixoloji Mərkəzinin əməkdaşı Alsu Süleymanova, rəsm müəllimi isə Gəncə Dövlət Universitetinin müəllimi, sənətşünas Nəzrin Ağayevadır. Onların hər biri öz sahəsində peşəkar olmaqla yanaşı, uşaqlarla ünsiyyətdə xüsusi yanaşma və həssaslıq nümayiş etdirirlər.

Layihənin altıncı dərsi “ uşaqların bacarıqlarının və sosial münasibətlərinin rəsm analizi ” mövzusuna həsr olunub. Bu dərsin əsas məqsədi uşaqların daxili aləmini daha dərindən anlamaq, onların sosial münasibətlərini və emosional vəziyyətlərini rəsm vasitəsilə ifadə etməyə şərait yaratmaqdır. Məlumdur ki, uşağın sosial inkişafı onun yaşına, ətraf mühitə adaptasiyasına, məsuliyyət daşıma qabiliyyətinə və digər insanlarla qarşılıqlı münasibət qurmaq bacarığına əsaslanır. Sosial bacarıqlar erkən yaşlardan formalaşmağa başlayır və uşağın ətrafı ilə qurduğu münasibətlər bu prosesin vacib mərhələsini təşkil edir. Dil, emosional və fiziki inkişafla paralel şəkildə sosial bacarıqlar da inkişaf edir və bu da uşağın özünüifadə imkanlarını genişləndirir. Art-terapiya məhz bu imkanların üzə çıxarılmasına və inkişaf etdirilməsinə yönəlmiş effektiv vasitədir.

Psixoloqlar qeyd edirlər ki, uşaqların çəkdiyi rəsmlər onların daxili aləminin, yaşadığı emosiyaların, arzu və qorxularının vizual izahıdır. Məsələn, bir uşaq rəsminə balaca bir ağacla başlayırsa, bu, onun üçün təbiət, həyat və dirilik dəyərlərinin ön planda olduğunu göstərə bilər. Əgər ilk olaraq ev şəkli çəkilirsə, bu, uşağın təhlükəsizlik ehtiyacının, şəxsi sahəyə olan bağlılığının göstəricisi hesab olunur. Sosial baxımdan açıq və ünsiyyətcil uşaqlar daha parlaq və müxtəlif rənglərdən istifadə edərək öz duyğularını ifadə etməyə çalışdıqları halda, emosional baxımdan qapanmış və özünəqapanıq uşaqların daha məhdud rəng palitrasına üstünlük verdikləri müşahidə olunur.

Layihənin psixoloqu Alsu Süleymanova bildirib ki, bu cür təlimlər uşaqların həm özünüdərk prosesini gücləndirir, həm də onların sosial münasibətlərində müşahidə edilən problemlərin müəyyənləşdirilməsinə yardım edir. Onun sözlərinə görə, art-terapiya ilə uşaqlara təsir etməklə təkcə onların sənət bacarıqları deyil, həm də emosional sabitliyi və gələcək münasibətlərə yanaşmaları formalaşır.

Layihə rəhbəri Lamiyə İsazadə isə qeyd edib ki, “Sənət və duyğu harmoniyasının təbliği” layihəsi təkcə incəsənət dərsləri ilə məhdudlaşmır, bu proqram həm də uşaqların cəmiyyətə inteqrasiyası, şəxsiyyət kimi formalaşması və həyat keyfiyyətlərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Təsviri incəsənət müəllimi Nəzrin Ağayeva isə bildirib ki, yaradıcı fəaliyyət uşaqların xəyali düşüncəsini gücləndirir, onların özlərini ifadə etməyə cəhd etmələrinə stimul verir. Bu isə onların gələcək həyatlarında daha özünəinamlı, açıqfikirli və təşəbbüskar olmalarına zəmin yaradır. Qeyd edək ki, layihə çərçivəsində növbəti dərslərdə də uşaqlarla müxtəlif mövzularda yaradıcı işlər aparılacaq və nəticələr ictimaiyyətə təqdim ediləcəkdir. Bu cür layihələrin regionlarda həyata keçirilməsi isə həssas qruplara yönələn dövlət qayğısının, eyni zamanda vətəndaş cəmiyyətinin fəallığının bariz nümunəsidir.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see170

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri