Icma.az
close
up
RU
Gəncədə kirayəçi ev sahibini itə görə yumruqladı, iş məhkəməyə qədər getdi TƏFƏRRÜAT

Gəncədə kirayəçi ev sahibini itə görə yumruqladı, iş məhkəməyə qədər getdi TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə şəhərində 41 yaşlı kişi kirayə qaldığı evin sahibinə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Kərim kirayədə yaşadığı evdə ev sahibi Zülfüqarla (adlar şərtidir – red.) mübahisə edib. 
O, şəxsi münasibətləri zəminində aralarında baş vermiş mübahisə zamanı Zülfüqarı yumruqla bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Kərimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Kərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Zülfüqarın evində kirayədə yaşayıb: “Həmin evin həyətində it saxladığım üçün Zülfüqar bir neçə dəfə mənə irad bildirdi və evdən çıxaracağını bildirdi. Hadisə günü ofisiant işi ilə bağlı toy məclisinə getdim. Toydan çıxdıqdan sonra spirtli içki qəbul etdim və təxminən saat 19 radələrində evə gəldim. Evə gələndən sonra evin həyətində Zülfüqar mənə it saxladığı üçün yenidən irad bildirdi, itlərə görə qonşuların narazılıq etdiyini, ona görə evdən çaxmağımı tələb etdi. Həmin vaxt sərxoş olduğum üçün Zülfüqarla aramızda narazılıq oldu. Mən Zülfüqarı təhqir etdim, o, da mənə cavab qaytardı. Həmin vaxt əsəbiləşdim, əlim ilə onun üz, baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döydüm. Zülfüqarı vurduqdan sonra oraya gəlmiş arvadım məni sakitəsdirərək evə apardı. Bir qədər sonra polis əməkdaşları gəldi. Həmin vaxt Zülfüqarın barəmdə şikayət etdiyini bildim”. 
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəllənin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri