Icma.az
close
up
RU
Gəncədə məktəblinin ölümü... DİN və Prokurorluq birgə məlumat yaydı

Gəncədə məktəblinin ölümü... DİN və Prokurorluq birgə məlumat yaydı

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gəncədə məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işinin başlandığı bildirilib.

Qeyd edilib ki, intensiv ibtidai istintaq tədbirləri aparılıb: "Hazırda iş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir, habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədilə zəruri ekspertizalar təyin edilib".

Əlvaə olunub ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırkı mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır: "Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur. Qeyd olunan cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha xatırladır ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanunauyğun davranılmalıdır. Sosial şəbəkə istifadəçilərindən və ictimai fəallardan bu məsələdə yüksək həssaslıq göstərmələri, istintaqın gedişinə mane ola biləcək və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyaların yayılmaması xahiş olunur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri