Icma.az
close
up
RU
Gəncədə məktəblinin TikTokda canlı yayıma çıxması ilə bağlı araşdırma aparılır

Gəncədə məktəblinin TikTokda canlı yayıma çıxması ilə bağlı araşdırma aparılır

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması məsələsinə münasibət bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, apa bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb. Sorğunun cavabı olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət əsas prioritetlərdəndir.

Qeyd edilib ki, bu məqsədlə digər aidiyyəti dövlət qurumları ilə birgə monitorinqlər, profilaktik tədbirlər, görüşlər həyata keçirilir. Bu zaman məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl edilməsi vəziyyəti müşahidə olunur, bu istiqamətdə zəruri maarifləndirmə işi aparılır.

Gəncə şəhər C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdinin dərs zamanı mobil telefondan istifadə edərək sosial şəbəkədə canlı yayım açması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisə ilə əlaqədar olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müvafiq əmri ilə komissiya yaradılıb, məktəbin direktoruna təhsil müəssisəsində sağlam tədris mühitinin təmin olunması üçün pedaqoji heyətlə və şagirdlərlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Təhsil müəssisəsində sosial-psixoloji mühiti təkmilləşdirmək məqsədi ilə peşəkar psixoloqlarla birlikdə təhsilalanların iştirakı ilə davamlı görüşlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, şagirdin valideyni ilə təhsil müəssisəsində görüş keçirilib, maarifləndirici söhbət zamanı belə halların yolverilməz olduğu diqqətə çatdırılıb.

"Şagirdin yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə açıqlamada bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Yanvar 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see236

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see215

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see173

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see146

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see145

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see134

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see123

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri