Icma.az
close
up
RU
Gəncədə narkomaniya və ekologiya müzakirə olunub Fotolar

Gəncədə narkomaniya və ekologiya müzakirə olunub Fotolar

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin həyata keçirdiyi “Ekomediasiya: Sağlamlıq və Ekologiya Arasında Gənclik Körpüsü” adlı layihə çərçivəsində tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində baş tutub.

Müxtəlif dövlət və ictimai qurumların iştirak etdiyi bu tədbir gənclərin sağlamlıq və ekologiya məsələlərinə olan marağını artırmaq, onları maarifləndirmək və narkomaniya ilə mübarizəyə dəstək vermək məqsədini daşıyır.

Gəncə Şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova gənclərin sağlam həyat tərzini seçməsi və zərərli vərdişlərdən uzaq durmasının əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı İsmayıl Şıxəliyev isə narkotik vasitələrin yaratdığı təhlükələr barədə real faktları gənclərə çatdırıb.

O çıxışında narkotik vasitələrin cəmiyyətə, xüsusən də gənc nəslə vurduğu zərərlərə toxunub.

Tədbirdə, həmçinin Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov da iştirak edib.

O, vurğulayıb ki, ki universitet bu tip layihələrə açıqdir, eyni zamanda gənclərin həm maarifləndirilməsi, həm də praktik biliklərə yiyələnməsi üçün şərait yaratmaqda maraqlıdır. Gəncə şəhər Narkoloji Dispanserin nümayəndəsi Nurlana Rəhimova isə narkomaniyanın tibbi aspektlərinə toxunaraq, bu problemin qarşısının alınması üçün maarifləndirmə işlərinin vacibliyini qeyd edib.

Üç ay davam edən bu layihənin rəhbəri Büllur Məmmədova çıxış edərək layihənin əsas məqsəd və vəzifələrindən danışıb.

B. Məmmədova layihə çərçivəsində keçirilən tədbirlərin və müxtəlif maarifləndirici kampaniyaların gənclərə müsbət təsir göstərəcəyinə əminliyini vurğulayıb.

Onu da qeyd edək ki, layihə çərçivəsində həmçinin gənclərə narkotik vasitələrdən uzaq durmağın önəmi, sağlam həyat tərzinin əhəmiyyəti və ekoloji problemlərin həllində gənclərin rolu barədə məlumat verilib.

Bu tədbir həm də gənclər arasında dialoqun qurulması, onların sağlam həyat tərzini təşviq etməsi üçün əhəmiyyətli platforma rolunu oynayıb. İştirakçılar arasında açıq müzakirələr təşkil olunub, iştirakçılar öz suallarını ünvanlamaq və mövzu ilə bağlı daha ətraflı məlumat almaq imkanı qazanıb.

Bildirilib ki, layihə çərçivəsində görülən işlər təkcə Gəncə şəhərində deyil, digər bölgələrdə də keçiriləcək.

Tədbir zamanı təqdim olunan məlumatların və iştirakçıların müzakirələrinin geniş auditoriyaya çatdırılması üçün müxtəlif media vasitələri də fəal şəkildə istifadə olunub.

Qeyd edək ki, layihənin uğurla həyata keçirilməsi gənclər arasında sağlam həyat tərzinin təşviqinə, ekologiyanın qorunmasına və narkomaniya ilə mübarizəyə mühüm töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri