Icma.az
close
up
RU
Gəncədə öldürülən qadını kim qorumalı idi?

Gəncədə öldürülən qadını kim qorumalı idi?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Gəncədə noyabrın 7-də üç uşaq anasının keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsi ölkədə geniş rezonans doğurub.

Hadisə mövcud qanunvericiliyin qadınları zorakılıqdan müdafiə etməkdə nə dərəcədə effektiv olduğu barədə müzakirələri gücləndirib.

Həmçinin, hadisə ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial media hesabında bildirib ki, mərhum qadın bütün instansiyalara müraciət etsə də, ona lazımi müdafiə təmin olunmayıb. Onun sözlərinə görə, hazırkı qanunvericilik qadınları kifayət qədər qoruya bilmir:

“Hazırkı qanun onu kifayət qədər qoruya bilmədi. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun, digər normativ aktlar psixoloji və şifahi təhdidlərə görə müdafiə tədbiri tətbiqinə imkan vermir. Ağır bədən xəsarəti olmayınca,  qurumlar sadəcə dinləyir.

Həyati təhlükə içində olan qadına verilən yeganə mexanizm  kağız üzərində “mühafizə orderi” və sığınacaqdır. Bu  hüquqi boşluq hər dəfə bir qadının həyatına son qoyur. Psixoloji və şifahi hədələr cinayət sayılmayınca, belə xəbərləri eşitməkdə davam edəcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, qadın quruma müraciət etməyib:

“İcra hakimiyyətlərində qadın hüquqları ilə bağlı komissiyalar fəaliyyət göstərir. Bu səbəbdən mən Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladım. Çünki əgər müraciət daxil olubsa, bu məsələ araşdırılmalıdır. Qadından bizə hər hansı müraciət daxil olmayıb. Ərazi üzrə icra hakimiyyəti yanında komissiyalar var və belə hallara görə məhz onlar məsuliyyət daşıyırlar.

Əgər qadın müraciət edibsə, məsələ vaxtında araşdırılmalı və mövqe bildirilməlidir. Polisə müraciət olunub-olunmaması da araşdırılmalıdır. Çünki yayılan məlumatlarda qadının bütün instansiyalara müraciət etdiyi qeyd olunur. Ancaq nə bizə, nə də komissiyaya hər hansı müraciət daxil olub".

Qeyd edək ki, aidiyyəti qurumlara sorğu göndərmişik. Sorğumuza verilən cavabları yayımlayacağıq.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri