Gəncədə partlayışda xəsarət alan ana və övladı evə buraxılıb YENİLƏNİB
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə partlayışda xəsarət alan ana və övladı evə buraxılıb.
TƏBİB-dən APA-nın yerli bürosuna verilən xəbərə görə, 21.03.2025-ci il tarixində saat 17:30 radələrində 2 nəfər (kişi və qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Bildirilib ki, pasiyentlərə üz nahiyəsinin yüngül yanıq diaqnozları təyin olunub. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
***
21 mart
Gəncədə evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Avtozavod qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.
Belə ki, 1966-cı il təvəllüdlü A. Ələkbərova və onun övladı 1995-ci il təvəllüdlü A. Ələkbərov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə ana və övladı yaşadıqları evdə qaz balonun partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 22 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















