Gəncədə qadın sürücü kuryerə hücum etdi VİDEO
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə kuryerlə qadın sürücü arasında yol hərəkəti zamanı münaqişə yaşanıb.
"Unikal" Gencexeber.az-a istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən bildirilib ki, xoşagəlməz hal sakinlərin gözü qarşısında baş verib. “90 NY 810” dövlət qeydiyyat nişanı olan “Chevrolet Cruz” markalı avtomobilin qadın sürücüsü mopedlə hərəkətdə olan gənc kuryerə hücum edərək ona qarşı fiziki təzyiq göstərməyə çalışıb, habelə ünvanına nalayiq ifadələr işlədib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır: “Məsələ ilə bağlı hüquqi qiymət veriləcək”.
Baxış sayı:88
Bu xəbər 05 Dekabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















