Gəncədə qəbiristanlıqda bıçaqlanma: 70 manata görə dostuna xəsarət yetirdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncədə qəbiristanlıqda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Gəncə şəhəri, Süleyman Tağızadə küçəsində yerləşən "köhnə qəbiristanlıq" adlanan ərazidə qeydə alınıb. İsmayıllı rayonunda qeydiyyatda olmaqla Gəncə şəhərindəki yataqxanada məskunlaşan, 1996-cı il təvəllüdlü Xəyal Salamov dostu Vəlidən 70 manat borc alıb.
Bir müddətdən sonra Vəli borcunu istəyib. Xəyal birldirib ki, yaxın günlərdə onun borcunu qaytaracaq.
İki gün sonra Vəli yenidən borcunu istəyib və Xəyalla mübahisə edib. Vəli Xəyalı avtomobilinə mindirərək Gəncə şəhərindəki qəbiristanlğa aparıb və orada mübahisə davam edib. Mübahisə davaya çevrilib və Vəli Xəyalı yumruqla vurub. Zərbənin təsirindən yıxılan Xəyal üzərində gəzdirdiyi bıçaqla Xəyala xəsarət yetirib. Daha sonra Xəyal Vəlini avtomobilə qoyaraq xəstəxanaya çatdırıb.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Salamov beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Samir Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















