Icma.az
close
up
RU
Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.

Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları “Günəş” restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar.

Nəticədə həmin gün “Günəş” restoranında doğum günü olan 24 yaşlı şəxs, həmçinin onunla birgə ad gününü qeyd etməyə gələn 26, 23, 31, 21 və ikisi də 28 yaşlı dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən "Günəş" restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri