Gəncədə şagirdlə bağlı protokol tərtib olundu
Icma.az, Manset portalına istinadən məlumatı açıqlayır.
Gəncədə məktəbdə siqaret çəkən və təhqiramiz ifadələr işlədən şagirdlə bağlı protokol tərtib olunub.
Manset.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhərində yerləşən orta məktəblərdən birinin 10-cu sinif şagirdi olan E.M məktəbdə siqaret çəkib, digər şagirdləri təhqir edib və bunu videoya çəkərək sosial şəbəkədə paylaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Report"un Qərb bürosuna bildirib ki, görüntülərlə bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti dövlət komissiyanın nümayəndələri ilə birgə polis əməkdaşları həmin məktəbdə olublar.
“Şagird və onun valideyni ilə profilaktik iş aparılaraq, bu barədə protokol tərtib olunub”, - DİN rəsmisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Fevral 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















