Icma.az
close
up
RU
Gəncədə səhiyyə böhranı qanunsuz həkimlər və “ölü canlar” iddiası

Gəncədə səhiyyə böhranı qanunsuz həkimlər və “ölü canlar” iddiası

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Azərbaycanın ən böyük regionlarından biri olan Gəncə şəhərində səhiyyə sistemi sanki şəfa ocağı deyil, ayrı-ayrı şəxslərin varlanma poliqonuna və korrupsiya yuvasına çevrilib. Ortaya çıxan mənzərə təkcə qanunların ayaqlar altına alınması deyil, həm də xalqın sağlamlığı ilə oynanılan iyrənc bir oyunun sübutudur. Bu cinayət və rüşvət zəncirinin başında dayananların əməlləri artıq gizlədilə bilməyəcək qədər ifşa olunub!

​Korrupsiyadan Qovulub Mükafatlandırılan “Kadr”: Məlahət Bayramovanı Kim Qoruyur?

​Gəncə şəhər Səhiyyə Xəstəxanasının kadrlar şöbəsinin müdiri Məlahət Bayramovanın fəaliyyət trayektoriyası hüquq-mühafizə orqanlarının birbaşa hədəfi olmalıdır. 2024-cü ildə “103” xidmətinin Qaracının müdiri Vidadinin korrupsiya əməllərinə görə həbs olunduğu ərəfədə Məlahət Bayramova da işdən uzaqlaşdırılmış və 5 ay evdə oturmağa məcbur qalmışdı. Lakin hansısa gözəgörünməz əllər (yaxud rüşvət pulları) işə düşdü və bu şəxs heç bir şey olmamış kimi yenidən eyni vəzifəyə qaytarıldı!
​Bu da azmış kimi, Gəncə şəhər İcra Başçısı Niyazi müəllim 2025-ci ilin 8 Mart Beynəlxalq Qadınlar Günündə şəhərin həqiqi, fədakar həkimlərini və tibb işçilərini kənara qoyaraq, korrupsiya ləkəsi olan bu qadını xüsusi mükafatlandırdı. Cənab Başçı, korrupsiya əməlinə görə 5 ay işdən uzaqlaşdırılan birini mükafatlandırmaq hansı məntiqə, hansı dövlətçilik prinsiplərinə sığır? Bu, şəhər səhiyyəsini talayanlara verilən bir “yaşıl işıq” və xalqa qarşı açıq bir lağlağıdır!

​Səhiyyə Ocaqları “Ailə Holdinqi”nə Çevrilib!

​Məlahət Bayramovanın özbaşınalığı bununla da bitmir. O, dövlət müəssisələrini öz ailəsinin gəlir mənbəyinə çevirib:

​Gəlinini Abbas Səhhət adına xəstəxananın kadrlar şöbəsinin müdiri təyin etdirib.

​Oğlunu həmin xəstəxanada “MRT-yə nəzarətçi” adı altında qanunsuz pul yığmaqla vəzifələndirib. Hansı tibbi ixtisasla, hansı haqla?

​Əri Fəxrəddin Quliyev birinci qrup əlil kimi qeydiyyatdadır. Kağız üzərində ağır xəstə olan bu şəxs, hər gün maşınla arvadını işə aparıb-gətirir. Bu azmış kimi, birinci qrup əlillərə ayrılan və dövlət tərəfindən pulsuz verilməli olan dərmanlar bu ailə tərəfindən mənimsənilir və apteklərdə qeyri-qanuni satılaraq xalqın haqqı talanır!

​Heç bir ciddi vəzifə tutmayan bu ailənin hündür mərtəbəli villaları, lüks maşınları və sonsuz sərvəti hansı yollarla əldə edilib? Bu sualın cavabı bəllidir: Tibb bacısı olmaq üçün 10 min, xadimə olmaq üçün 5 min manat rüşvət yığmaqla! Poliklinikalarda və xəstəxanalarda işə düzəlmək resurs deyil, Bayramovanın şəxsi ticarət obyektidir.

​Qanunsuz Həkimlər və “Ölü Canlar”

​Gəncə Səhiyyəsinin müdiri İlkin həkimin fəaliyyəti də Bayramovanın idarəçiliyindən geri qalmır. Məlahət Bayramovanın tapşırığı və İlkin həkimin imzası ilə rezidenturanı bitirməyən, həkimlik fəaliyyətinə hüquqi icazəsi olmayan şəxslər qanunsuz şəkildə həkim təyin edilirlər. Bu, birbaşa Gəncə sakinlərinin həyatına qəsddir!
​Digər tərəfdən, qanunla 65 yaşı tamam olmuş vicdanlı həkimlər rüşvət vermədikləri üçün işdən qovulur, lakin Bayramovaya pul ödəyən 70 yaşdan yuxarı şəxslər (Tükəzban Məmmədova, Müsaidə Qasımova, Məlahət Hacıyeva və s.) qanunsuz olaraq saxlanılır. Nurlana Rüstəmova adlı dietoloq işə gəlmədiyi halda illərlə adı tabeldə gedib və dövlətin büdcəsindən ayrılan pullar bu şəbəkə tərəfindən mənimsənilib.

​Sövdələşmələr və Pandemiya Talançılığı

​İddialara görə, İlkin həkim deputat olmaq xülyasına düşüb və Bayramovaya onu Bakıda yüksək vəzifəyə çəkəcəyi vədini verib. Onların bu günah ortaqılığı illər öncəyə, pandemiya dövrünə dayanır. Keçmiş direktor Nazim həkim və İlkin həkimin rəhbərliyi dövründə, insanların can dərdi çəkdiyi pandemiya zamanında yüzlərlə saxta ad rəsmiləşdirilərək milyonlarla dövlət vəsaiti talanmış və bu qruplaşma həmin pullar hesabına milyonerə çevrilmişdir.

​NƏTİCƏ OLARAQ:
Gəncədə baş verən bu hadisələr sadə bir vəzifə saxtakarlığı deyil. Bu, dövlətə, xalqa və insan həyatına qarşı törədilmiş mütəşəkkil cinayətdir! Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərhal hərəkətə keçməli, Gəncə səhiyyəsini iflic edən bu şəbəkə darmadağın edilərək layiqli cəzalarını almalıdırlar! Bu millətin canı və büdcəsi bir neçə nəfərin haram sərvət toplama vasitəsi ola bilməz!referans.az.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Aprel 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see321

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see289

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see288

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see286

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see276

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see260

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see253

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see241

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see239

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see235

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see235

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see232

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see217

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see216

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see216

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see214

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see211

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see207

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see193

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri