Gəncədə sel suları ekaloji fəlakətə səbəb ola bilər FOTO
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncəçayda sel sularının artması şəhərin Məmməd Burcəliyev küçəsi üçün ciddi problemlərə yol açıb.
Gununsesi.info xəbər verir ki, sel suları adıçəkilən ünvanda aslvat örtüyünün bir hissəsini yuyaraq, yararsız hala salıb.
Sakinlərin sözlərinə görə, çayda vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, baş verə biləcək daşqın onların evləri üçündə ciddi təhlükəyə çevrilə bilər. Qeyd edək ki, sözügedən ünvanda yuyulmuş yolun alt hissəsindən Gəncə şəhərinin kanalizasiya kollektorunun bir hissəsi keçir. Sel suları həmin yolu tam yuyacağı təqdirdə, kanalizasiya sularının Gəncəçayına qarşıcağı təhlükəsi var. Artıq bir neçə gündür davam edən təbət hadisəsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görməyə başlanılıb. Dövlət Su Ehtiyatları Agentliyinin Göygöl Su-Melorasiya Sistemləri İdarəsi tərəfindən çayın M. Bürcəliyev küçəsindəki hissəsində beton bənd qurulur, suyun axın istiqaməti ağır texnikalar vaistəsilə təhlükəsiz istiqamətə axıdılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 May 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















