Gəncədə sursat partladı, şəhid atası dünyasını dəyişdi Yeni Çağ Media
Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncədə bədbəxt hadisə baş verib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə “OF 843” markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Unikal-ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.
www.yenicag.az
Baxış sayı:96
Bu xəbər 17 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















