Gəncədə tarzən Zərif Qayıbovun xatirəsinə həsr olunmuş konsert keçirilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 27 yanvar, AZƏRTAC
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində tarzən Zərif Qayıbovun əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, proqram Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə reallaşıb. Orkestrin bədii rəhbəri və dirijoru Xəyal Qəhrəmanovdur.
Gecədə Beynəlxalq Muğam Mərkəzinin solisti Vasif Yusifov, filarmoniyanın solistləri Rüstəm Cəfərov, Samirə Hacıyeva, Musa Bayramov, Vüsal Namazov, Fuad Ramazanov, Firdovsi Firdovsizadə, Zəminə Mustafayeva və Respublika və beynəlxalq müsabiqələr laureatı Mirnofəl Həsənov çıxış ediblər.
Proqram çərçivəsində Fikrət Əmirovun “Təntənəli rəqs” və “Lay-lay”, Süleyman Ələsgərovun “Sərvi xuramanım mənim” və “Şalaxo”, Vasif Adıgözəlovun “Qərənfil”, Səid Rüstəmovun “Şeir deyilmi”, Ramiz Mirişlinin “Doğma diyar” əsərləri, eləcə də “Şur” muğamı və Həsən Rzayevin “Cahargah rapsodiyası” səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Yanvar 2025 08:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















