Gəncədə uşaq attraksiondan yıxılıb: SON VƏZİYYƏTİ AÇIQLANDI
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Gəncədə yeddi yaşlı uşaq attraksionda yıxılaraq xəsarət alıb.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Bayraq Meydanında baş verib.
Xəsarət alan 2018-ci il təvəllüdlü A.Əliyeva xəstəxanaya çatdırılıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilir ki, iyulun 17-si saat 01:50-də 2018-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.
"Ona baş-beyinin silkələnməsi diaqnozu təyin olunub. Vəziyyəti orta ağır olan azyaşlının müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova

Gəncədə dəm qazından zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
17 Mart 2025 10:58
Gəncədə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti AÇIQLANDI
31 Mart 2025 13:49
İlyas İsmayılovun son vəziyyəti AÇIQLANDI
21 Yanvar 2025 12:25
Bəşər Əsədin son vəziyyəti AÇIQLANDI
10 Dekabr 2024 22:45
Gəncədə baş verən ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI
03 Fevral 2025 11:38

