Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Gəncədə Vətən müharibəsi qazisi intihara cəhd edib.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayonunun Borsunlu kənd sakini 2001-ci il təvəllüdlü Elmar Nəsirov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, E.Nəsirov dərman içərək intihara cəhd edib.
Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
Fizuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb.
“Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə, Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 24 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















