Gəncədə yağıntılar fəsadlara yol açdı iri gölməçələr yarandı (VİDEO)
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gəncə şəhərinə dünən gecə saatlarından yağan aramsız yağışlar bir sıra problemlərə səbəb olub.
Moderator.az xəbər verir ki, şəhərin Məhsəti və Avtozavod qəsəbələrinin yolları keçilməz vəziyyətə düşüb, iri gölməçələr yaranıb. Bu səbəbdən avtomobillərin hərəkətində ciddi çətinliklər müşahidə olunur. Hazırda da Gəncədə yağışlı hava şəraiti davam edir.
Məlumat üçün bildirək ki, Gəncədə yerləşən 2 saylı Regional “ASAN xidmət” mərkəzinin arxasında yolun hərəkət hissəsində iri su gölməçələri əmələ gəlib. Qeyd edək ki, həmin ərazidə əvvəllər bu cür hal müşahidə edilməyib.
Digər tərəfdən, Cavad Xan qəsəbəsinin yollarında isə demək olar ki, hər yağışdan sonra analoji problemlər yaşanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 02 Oktyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















