Icma.az
close
up
RU
Gəncədə “Yaşıl ətraf mühit günləri” tədbiri keçirilib

Gəncədə “Yaşıl ətraf mühit günləri” tədbiri keçirilib

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Gəncə şəhərində SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının “İqlim dəyişmələrinin uşaqlara təsiri” layihəsi çərçivəsində “Yaşıl ətraf mühit günləri” tədbiri keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 1 saylı Yataqxanası və Baytarlıq Fakültəsinin tədris korpusunun həyətlərində keçirilən tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “COP29-la bağlı beynəlxalq təşəbbüslər” böyük qrant müsabiqəsi tərəfindən maliyyələşən “İqlim dəyişmələrinin uşaqlara təsiri” adlı layihə çərçivəsində təşkil olunub.

ADAU-nun müəllim-tələbə heyəti, Gəncə şəhər İcra Hakimiyyəti, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və icma sakinlərinin iştirak etdiyi tədbirdə layihə və ətraf mühitin qorunmasının vacibliyi barədə məlumatlar verilib və çıxışlar edilib.

Daha sonra nəzərdə tutulan ərazilər iştirakçılar tərəfindən tullantılardan təmizlənib və 400 ədəd Eldar şamı tingi əkilib.

Qeyd edilib ki, növbəti günlərdə belə tədbirlər ADAU-nun digər tədris korpusları və təcrübə stansiyalarının ərazilərində də davam edəcək.

Ümumilikdə, 6 lokasiyada 1000 ədəd Eldar şamı tingi əkilməsi nəzərdə tutulub. Layihənin məqsədi "yaşıl" ətraf mühitin və iqtisadiyyatın əhəmiyyəti haqqında maarifləndirmə və təbliğat kampaniyası aparmaq, əlverişli və davamlı təcrübələri təşviq etmək, icma üzvlərinin, ictimai-özəl sektor nümayəndələrinin diqqətini artırmaqla milli və yerli səviyyədə iqlim dəyişikliyinin təsirinin azaldılması prosesinə töhfə verməkdir.

Layihə çərçivəsində, həmçinin uşaqlar və böyükləri əhatə edən "yaşıl" ətraf mühit və "yaşıl" iqtisadiyyata dair maarifləndirici sosial media postları da izləyicilərlə bölüşülür. Layihə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası və Ətraf Mühit və Sosial İnkişaf Təşkilatı (Banqladeş) tərəfindən icra edilir.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri