Icma.az
close
up
RU
Gəncədə yəhudilər Pesax bayramını qeyd edir FOTOLAR

Gəncədə yəhudilər Pesax bayramını qeyd edir FOTOLAR

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Aprelin 10-dan etibarən dünya yəhudiləri Pesax bayramını qeyd etməyə başlayıblar.

Gununsesi.info Teleqraf-a istindən xəbər verir ki, Azərbaycanın qərb bölgəsində yaşayan yəhudi icmasının üzvləri də Gəncədəki Yəhudi Dini İcmasında bir araya gələrək bayram münasibətilə tədbir keçiriblər.

Tədbirdə çıxış edənlər Azərbaycanda milli azlıqlara və dini icmalara göstərilən qayğı və diqqətdən bəhs ediblər. Qeyd olunub ki, ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər və sərbəst fəaliyyət şəraiti yaradılıb. Azərbaycan nadir müsəlman ölkələrindəndir ki, burada yəhudilərin milli və dini bayramları yerli əhali ilə birlikdə təntənəli şəkildə qeyd olunur.

Qeyd edək ki, hazırda ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə 200-dən çox yəhudi ailəsi yaşayır. Pesax – yəhudi xalqının ən əhəmiyyətli bayramlarından biri sayılır. Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən azad olunmasını simvolizə edən bu bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün davam edir.

Bayram günlərində müxtəlif dini ayinlər icra olunur və xüsusi süfrə təşkil edilir. Bayram süfrəsində əsas yer tutan təam – “matsa” (şit fətir) Pesaxın simvolu hesab olunur. Əfsanəyə görə, fironun zülmündən xilas olan yəhudilər səhrada yalnız su və undan hazırlanan bu duzsuz, mayasız çörəklə qidalanıblar. Matsa həmin əzablı günləri xatırlatmaq və Tanrıya şükür niyyəti ilə süfrəyə qoyulur.

Süfrədə həmçinin yeddi növ göyərti və yeddi növ təam yer alır: matsa, haroset (matsayla yeyilən qoz, fındıq və ya xurma qarışığından hazırlanan şirniyyat), soyutma yumurta, soyutma kartof, cırhacı almadan hazırlanan halva, balıq qızartması və kiduş (üzüm şirəsi).

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see312

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see285

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see272

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see270

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see223

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see220

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see197

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see196

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see194

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see192

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see190

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see190

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see190

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see186

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see185

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see184

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see184

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see183

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see181

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri