Icma.az
close
up
RU
Gəncəni raketlə atəşə tutanlar onlar imiş... Adlar

Gəncəni raketlə atəşə tutanlar onlar imiş... Adlar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədlərdə Gəncəni raketlərlə hədəf almış Ermənistan silahlı qüvvələrinin hərbçilərinin bir qisminin adları da yer alıb.

“Qafqazinfo” xəbər verir ki, sənədlərdə qeyd edilib ki, Gəncə şəhərini yenidən hədəf alaraq Ermənistan silahlı qüvvələrinin bu ölkənin Stepanavan rayonunda dislokasiya olunmuş 71-ci hərbi texnikaların saxlanması bazasının (51556 saylı hərbi hissə) komandiri polkovnik Artaşen Rafiki Hacatyan, komandir müavini polkovnik-leytenant Ara Artuşi Sarqsyan, “Elbrus” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Vazgen Daviti Vardanyan, “İsgəndər” taktiki raket kompleksləri diviziyasının komandiri polkovnik-leytenant Tiqran Norayri Vardanyan və qeyrilərinin rəhbərliyi ilə həmin hərbi hissənin ehtiyatında olan, əvvəlki hücumlarda istifadə edilmiş silah növlərindən daha böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik trayektoriyalı “Elbrus” taktiki raket kompleksi Ermənistanın Geqarqunik vilayətinin Vardenis (tarixi Basarkeçər) rayonunun ərazisinə gətirilib.

2020-ci il oktyabrın 11-də saat 2 radələrində döyüşə hazır vəziyyətə gətirilmiş həmin raket kompleksindən fuqaslı təsirə malik olan, “8Ф44” tipli döyüş başlığı ilə təchiz edilmiş raket böyük insan tələfatı törətmək məqsədilə və Gəncə şəhərinin silahlı münaqişə zonası hesab edilməyən, hərbi əməliyyatların aparılmadığı, hərbi obyektlərin yerləşmədiyi, aşkar surətdə yalnız mülki obyektlərin mövcud olduğu istiqamətdə düşünülmüş şəkildə hədəfə yönəldilərək Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Rəfibəyli küçəsinin 4-cü dalanında yerləşən 3 saylı 2 mərtəbəli, 4, 5 və 7 saylı 1 mərtəbəli yaşayış binalarının üzərinə 1 ədəd atılıb. Həmin raketin dinc əhalinin sıx yaşadığı qeyd edilən ünvanlara düşüb partlaması nəticəsində 10 mülki şəxs qəsdən öldürülüb, 1 mülki şəxsə ağır, 18 mülki şəxsə yüngül, 32 mülki şəxsə dərəcəsi təyin edilməyən xəsarət yetirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 2-də davam etdiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri