Gəncənin “avtoş” sürücüsü baxın necə “şou” göstərdi 02 BM 168 VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 02-BM-168 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.
Videodan görünür ki, sürücü gah sağdan, gah da soldan hərəkətdə olan maşınları ötərək təhlükəli manevrlər edib. Hətta o, əks istiqamətli yola çıxıb və bu zaman qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmaqdan son anda xilas olub. Nəticədə sürücü özüylə yanaşı avtomobildə olan sərnişinlərin də həyatını riskə atıb.
Digər görüntülərdə isə o, yenidən riskli manevrlər edərək hərəkət iştirakçılarına qəza şəraiti yaradıb.
Bundan əlavə, sürücü avtomobili ön dövlət nömrə nişanı olmadan idarə edib və nəqliyyat vasitəsinin konstruksiyasına müdaxilə edib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 13 Noyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















