“Gəncə”nin baş məşqçisi: “Rotasiya işimizə yaradı” İdman və Biz
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Səfər oyunları heç vaxt asan olmur. Rəqibimiz bizə baxanda daha kasad rotasiya ilə oynadı”.
İdman.biz xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ABL-da səfərdə “Quba”nı 95:78 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. O bildirib ki, oyunçularının performansından razı qalıb: “Qarşılaşmaya hər iki komanda yaxşı başladı. Meydan sahibləri hücumda dəqiq oynamağa çalışdılar. Fasilədən sonra biz oyuna nəzarəti ələ keçirdik. Rotasiyadakı üstünlüyümüz işimizə yaradı. Müdafiədə yaxşı çıxış etdik. Hücumda dəqiq oynadıq. Meydançada hamıya oynamaq şansı verdik. Bu da bizim üçün yaxşı bir şeydir. Qarşıda “Ordu” ilə görüşümüz var. Bizim üçün çox önəmlidir. Təqvim sıxdır. Ona uyğun hazırlaşıb, matça ən yaxşı formada çıxmalıyıq”.
Qeyd edək ki, bu qələbədən sonra “Gəncə” 13 xalla ilk pillədəki yerini möhkəmlədib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 18 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















